Əbukir (ərəb. أبو قير) — Misirin Aralıq dənizi sahillərində, Nil çayının mənsəbinə yaxın ərazidə yerləşən körfəz[1]. Körfəzin qərbində, Əbukir şəhərindən şimal-şərqdə Nelson adası yerləşir. 1-2 avqust 1798-ci ildə İskəndəriyyədən 15 km şimal-şərqdə yerləşmiş Əbukir körfəzində, Əbukir burnu yaxınlığında məşhur Əbukir dəniz döyüşü baş vermişdir. Bu döyüş admiral Nelsonun başçılığı altında olan Böyük Britaniya hərbi donanması ilə Misir ekspedisiyasında iştirak etmiş Fransa donanması arasında baş vermiş və fransızların biabırçı məğlubiyyəti ilə sona yetmişdir. 1960-cı illərin sonlarında körfəzdə təbii qaz yatağı aşkarlanmışdır.
Əbukir körfəzi | |
---|---|
ərəb. أبو قير | |
Yerləşməsi | |
31°18′00″ şm. e. 30°10′00″ ş. u. | |
Ölkə | Misir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |