Əbumüslüm xan Çavuşlu

Əbumüslüm xan Çavuşlu (?-?) — Ustaclı elinin Çavuşlu oymağının əmiri, Əsfərainin hakimi.

Əbumüslüm xan Çavuşlu
bayraq
Əsfərain hakimliyi
bayraq2

Əbumüslüm bəy Şah Məhəmməd Xudabəndədən öncə sultan, sonra xan ünvanı almışdı. I Şah Abbasın şahlığının ilk dönəmlərində Əsfərainin hakimi idi.

Belə ki, Hacı Məhəmməd xanla əldə edilmiş razılıqdan sonra Fərhad xan və Əsfərayin hakimi Əbumüslüm xan Çavuşlunun qoşunları birləşərək Nişapur qalasını mühasirəyə aldılar. Bəlxdə bu xəbəri eşidən Əbdülmömin xan Bəlx, Bədəxşan, Hisari-Şadman, Əndxod və Sibircan orduları ilə Xorasana gələrək, Abdulla xanın isə Mavərənnəhr və Türküstanləşgəri ilə Xarəzmə hücum etməsi haqqında şayiə yaydığına görə, Hacı Məhəmməd xan Fərhad xandan ayrılaraq Xarəzmə qayıtmaq zorunda qaldı [1]. Beləliklə də Səfəvi və Xarəzm qoşunları-nın özbəklərə qarşı birgə savaşı baş tutmadı. Fərhad xan Əbdülmömin xana qarşı təkbaşına savaşdan ehtiyatlanaraq Bəstama, oradan isə Şah Abbasın göstərişi ilə Qəzvinə qayıtdı. Səfəvi qoşununun geri çəkilməsindən istifadə edən Əbdülmömin xan Əsfərayin qalasını mühasirəyə aldı. Əsfərayin hakimi Əbu Müslim xan qalanı dörd ay müdafiə edə bilsə də, qüvvələr bərabər olmadığı üçün özbəklər qalib gələrək Əsfərayin qalasını fəth etdilər. Bundan sonra Əbdülmömin xanın qoşunları Səbzəvara, Məzinanı, Cacərmi, Səğanı və Curbədi də ələ keçirdikdən sonra Bəlxə qayıtdı. İskəndər bəy Münşinin məlumatına əsasən, ilin axırı olduğu, vilayətin da ğınıq hala düşməsi və ərzaq çatışmazlığına görə Şah Abbas Xorasana yürüşü təxirə salaraq, yazın əvvəlində yürüşə başlamaq niyyəti ilə hazırlıq görmək üçün İsfahana getdi [2].

  • Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
  • Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
  • Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
  1. İskəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. (Tarixe-alamaraye-Abbasi). Fars di-lindən çevirən t.e.d. professor Şahin Fərzəliyev. Bakı, "Şərq-Qərb" nəşriyyat evi, 2010, 1144s. s.833.
  2. İskəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. (Tarixe-alamaraye-Abbasi). Fars di-lindən çevirən t.e.d. professor Şahin Fərzəliyev. Bakı, "Şərq-Qərb" nəşriyyat evi, 2010, 1144s. s.835-836.