Əcdadların harayı

Əcdadların harayıAmerika yazıçısı Cek Londonun 1903-cü ildə nəşr olunmuş əsəri. Bu povest Cek Londonun ilk əsərlərinə aiddir.[1] Əsas personaj it olduğu üçün çox vaxt uşaq ədəbiyyatı kimi təsnif edilir. Bununla belə, povestdəki ideyaların böyüklüyü və dərinliyi onu yetkin oxucular üçün də aktual edir. Əsərdə ən güclülərin sağ qalması, sivilizasiya və təbiət, tale, azad iradə və xüsusilə də heyvanlara qarşı zorakılıq kimi mövzulara toxunulur. Bu povesti ingilis dilindən azərbaycan dilinə tərcümə edən Seyran Şiriyev olmuşdur.

Əcdadların harayı
ing. The Call of the Wild
Müəllif Cek London
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 1903
Sonrakı Kaliforniya
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Povest Kanadanın Yukon şəhərində Qızıl Hücum zamanı baş verir.[2] O dövrdə iri və güclü itlərə tələbat xüsusilə yüksək idi. Baş qəhrəman olan Bak də Kaliforniyadakı çoban fermasından gətirilmişdi. O, zaman keçdikcə özünü xizək itinin həyatının sərt reallığında tapır. Əsərdə Bakın sahiblərinin onunla necə kobud rəftar etməsindən, itlərin qəddarlığından bəhs edilir.[3] Çətin hava şəraitinə baxmayaraq, sağ qalmaq üçün mübarizə aparan Bakın yaşadığı çətinliklər əsərdə öz əksini tapmışdır. Sonda o, insanlarla yaşamaqdan imtina edir və onları qoyub qaçır, canavar sürüsünə qoşularaq onlara başçı olur.[4][5]

  1. London, 1998. səh. 4
  2. London, 1903, Chapter 1
  3. London, 1903, Chapter 7
  4. "Jack London", 1998
  5. "Cek Londonun seçilmiş əsərləri" (PDF) (az.). anl.az. 2 may 2024. 2 may 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 may 2024.