Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala (kitab)

Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala — akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış ikicildli monoqrafiya.

Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala
Müəlliflər İsa Həbibbəyli, Elnarə Akimova, Tehran Əlişanoğlu, Lalə Həsənova, Əlizadə Əsgərli.
Janr Monoqrafiya
Mövzu Ədəbiyyatda Heydər Əliyev obrazının yaradılması.
Ölkə Bakı
Orijinalın nəşr ili 2018
Nəşriyyat "Elm və təhsil"
Cild 2
Səhifə 400
Tiraj 300
ISBN 978-9952-8125-2-6

Kitab AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən iki cilddə nəşr edilmiş, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuşdur. Kitabda ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilərək, ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi məsələləri sistemli tədqiq olunmuşdur.[1]

Kitabın təqdimatı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keşirilmişdir.

Birinci cild[redaktə | mənbəni redaktə et]

İnstitutun elmi şurasının qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur. Birinci kitab 400 səhifə həcmində, altı fəsildən ibarətdir.[2]

  • Giriş - "Ədəbiyyatın yüksək amalı və böyük borcu" (akademik İsa Həbibbəyli)
  • birinci fəsli - “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” (akademik İsa Həbibbəyli)
  • ikinci fəsli - “Poeziyada Heydər Əliyev idealı” (Filologiya üzrə elmlər doktoru, dosent Elnarə Akimova)
  • üçüncü fəsli - “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı” (AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu)
  • dördüncü fəsil - “Dahiyə layiq bədii-sənədli epopeya” (Filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova)
  • beşinci fəsil - “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” (Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı)
  • altıncı fəsil - “Heydər Əliyevin ədəbi-filoloji portreti” (Filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli)

İkinci cild[redaktə | mənbəni redaktə et]

2019-cu ildə çap olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub.

Monoqrafiyada akademik İsa Həbibbəyli “Heydər Əliyev epoxası: dahilik, zaman və müasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan Heydər Əliyevşünaslığı: nailiyyətlər və vəzifələr” başlıqlı üç sanballı tədqiqatla Ümummilli Liderin tarixi və bədii obrazını yaradıb.

İkinci kitabda, həmçinin

  • Elnarə Akimovanın “Ulu Öndər yolunun davamı və sabahı – İlham Əliyev”,
  • Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”,
  • Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”,
  • Aygün Bağırlının “Heydər Əliyevin bədii obrazı dramaturgiya və teatrda”,
  • Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer alıb.

İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru Tehran Əlişanoğludur.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" adlı kitabın təqdimatı olub". www.science.gov.az (az.). AMEA. 10.05.2018. Archived from the original on 2022-12-22. İstifadə tarixi: 2 dekabr 2022.
  2. Tehran ƏLİŞANOĞLU. "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" (az.). 525-ci qəzet. 14.05.2018. Archived from the original on 2022-04-08. İstifadə tarixi: 2 dekabr 2022.
  3. ""Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala" monoqrafiyası çapdan çıxıb" (az.). AzərTac. 11.07.2019. 18.01.2023 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” (ONLAYN OXU)