Ədalət Axundov

Ədalət Yavuz oğlu AxundovAMEA Riyaziyyat və Mexanika İnstitutuda təhsil şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, riyaziyyat elmlər doktoru, professor.[1]

Ədalət Axundov
Ədalət Yavuz oğlu Axundov
Doğum tarixi (75 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yerləri Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu
Elmi rəhbəri prof. A.D.İsgəndərov

Ədalət Yavuz oğlu Axundov 1 iyun 1949-cu ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.1975–1980-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. 1984–2002-ci illərdə Azərbaycan Texniki Universitetinin dosenti olmuş, 2002-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyir.

Elmi fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

1966-cı ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni bitirərək riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır.

O, 1976-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının "Riyaziyyat və Mexanika İnstitutu" nun aspiranturasına daxil olmuş, 1981-ci ildə "Qeyri məhdud oblastlarda xətti və kvazi xətti parabolik tənliklər üçün tərs məsələlər" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır.

1984-cü ildən Azərbaycan Texniki Universitetinin "Ali riyaziyyat" kafedrasının dosenti olmuşdur.

2002-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışır.

2008-ci ildə "Xətti və kvazi xətti elliptik və parabolik tənliklər üçün tərs məsələlər" mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.

2013-cü ildə professor elmi adını almışdır. Riyazi fizika tənlikləri üçün tərs məsələlər nəzəriyyəsi sahəsində tanınmış mütəxəsisdir, bu sahəyə aid 50-dən artıq məqalənin müəllifidir. 10-dan artıq elmi məqaləsi xarici ölkələrdə dərc edilmişdir. Rusiya, Ukrayna, Bolqarıstan, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilmiş müxtəlif elmi konfrans və simpoziumlarda iştirak etmiş, məruzələr etmişdir.

Elmi pedaqoji kadrların hazırlanmasında xidmətləri vardır.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Xətt, yarımxətti, kvazixətti parabolik tənliklər və tənliklər sistemi üçün əmsallı tərs məsələlərin "şərti" korrektliyi araşdırılmışdır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Обратная задача для линейной системы параболических уравнений. Докл. РАН, т.424, № 4, с. 442–444, 2009
  2. On an inverse problem for a semilinear parabolic equation. — "Riyaziyyat və informatikanın aktual problemləri" H. Əliyevin anadan olmasının 90 illik yub. həsr olunmuş beynəlxalq konf.tezisləri Baki, may 29–31, 2013.- p.7/ Gasanova A. I.
  3. Обратная задача для системы полулинейных параболических уравнений. — Akademik F. Q. Maqsudovun 80-illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın tezisləri.- Bakı, 2010.- səh. 175–176. / Искендеров А.Д.
  4. Determination of the coefficient in the right side of the system of reaction-diffusion type in the problem with a nonlinear boundary condition. — Trans.of NAS Azerb. Ser.of phys.-techn.& math.sci.-2013.- vol. XXXIII, № 1. Math. & Mech.-p.3–8. / Gasanova A. I.
  5. Akhundov A. Ya. Some inverse problems for strong parabolic systems. — Ukrainian Math. Journal, 2006, v.58, № 1, p. 114–123.
  6. Akhundov A. Ya., Iskenderov A. D. Inverse problem for a linear system of parabolic equations. DAN Ros., 2009, v. 424, № 4, p. 442–444.
  7. Akhundov A. Ya., Gasanova A. I., Determination of the coefficient of a semilinear parabolic equation in the case of boundary-value problem with nonlinear boundary condition. Ukrainian Mathematical Journal, 2014, v. 66, № 6, p. 847–852.

62 elmi məqalənin müəllifidir.24 məqaləsi respublikadan kənarda dərc edilmişdir.

  1. "Ахундов Адалят Явуз оглы". science.gov.az. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.