Əddas

Əddas (ərəb. عَدَّاس‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Addas əslən assuriyalı olmuşdur.

Əddas

Həyatı[redaktə | mənbəni redaktə et]

Onun haqqında çox məlumat yoxdur. Onun nə vaxt vəfat etdiyi və məzarının harada olduğu məlum deyil. O, Ninevadan olan xristian qul olmuşdur[1]. O, Məkkə müşriklərindən Ütbə ibn Rəbiə və ya Şeybə ibn Rəbiənin qulu olduğu bilinir[2].

Müsəlman olması[redaktə | mənbəni redaktə et]

Məhəmməd və Zeyd ibn Harisə ilə Taifdə olarkən, daşqalaq edildikdən sonra Taifdən bir qədər aralıda olan bir üzüm bağında dincəlirlər. Bu zaman Əddas ağalarının əmri ilə Məhəmməd və Zeyd bin Harisə bir boşqab üzüm gətirir. Məhəmməd Bismillahla üzüm yeməyə başlayanda Əddas bunun nə olduğunu soruşur. Aralarında dialoq olur və bu söhbətdən sonra Əddas oradaca müsəlman olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sabah. "Hüseyin Kaya - Ninovalı Addas" (Türkcə). 24 fevral 2021. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.
  2. TDV İslam Ansiklopedisi. "ADDÂS - TDV İslâm Ansiklopedisi" (Türkcə). 24 fevral 2021. 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fev 2022.