Adile Naşit (əsl adı: Adela; 17 iyun 1930, İstanbul – 11 dekabr 1987, İstanbul) — Türkiyə kinoaktrisası. 300-dən artıq filmdə rol almışdır.
Adile Naşit | |
---|---|
türk. Adile Özcan | |
Doğum adı | Adile Naşit |
Doğum tarixi | 17 iyun 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 1987 (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Dəfn yeri | |
Milliyyəti | türk |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1947-1987 |
Mükafatları | ilin anası mükafatı |
IMDb | ID0621870 |
adilenasit.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Adile Naşit 1930-cu ildə İstanbulda anadan olub[1].
Adile Naşitin həyatı uşaqlıqdan teatrla bağlıdır. Çünki mənşəcə türk atası Naşit Özcan teatr rejissoru, erməni anası Amaliya isə teatr aktrisası idi. 1944-cü ildən İstanbul Uşaq Teatrında çalışmağa başlayan Adile Naşit 1948-ci ildə "Lüks Həyat" komediya filmi ilə kino karyerasının əsasını qoyur. Onun aktyor karyerasının zirvəsi 1975-ci ildə "Hababam sinfi" filmindəki Hafizə Ana rolu hesab olunur. Populyar filmin davamı olaraq çəkilən 1976-cı ildə "Hababam sinfi oyanır"‚ 1977-ci ildə "Hababam sinfi tətildə" və 1978-ci ildə "Hababam sinfi doqquz doğur" onun uğurunu möhkəmləndirir. Məhsuldar yaradıcıllığı boyu Adile Naşit bir çox komediya filmlərində oynamaqla yanaşı, teatrdakı çıxışlarını da davam etdirib.[1].
11 dekabr 1987-ci ildə doğulduğu şəhər İstanbulda uzun müddətdir tutulduğu bağırsaq xərçəngindən vəfat etmişdir. Karacaahmet qəbirstanlığında oğlu və həyat yoldaşının yanında dəfn edilmişdir. Adilə Naşit canlandırdığı ana obrazlarına görə 1985-ci ildə ilin anası mükafatına layiq görülmüşdür.