Tosun paşa — rejissoru Kartal Tibet, ssenarisini Yavuz Turgul, prodüserləri Ertem Eğilmez və Nahit Ataman olan 1976-cı ildə çəkilmiş komediya janrında çəkilmiş türk filmi.[2] Baş rollarda Kamal Sunal, Şənər Şən, Müjdə Ar, Adile Naşit və Ayşən Qruda çəkilib.[3] Filmin hekayəsi Nazim Hikmətin 1939-cu ildə yazdığı eyniadlı ssenaridən götürülüb.[4][5] Film həm də Kartal Tibetin rejissoru olduğu ilk filmdir.
Tosun paşa | |
---|---|
türk. Tosun Paşa | |
Janr | komediya filmi |
Rejissor | |
Baş rollarda | |
İlk baxış tarixi | 1976 |
Müddət | 86 dəq. |
Ölkə | |
Dil | türk dili |
Rəng | rəngli |
IMDb | ID0253828 |
Filmdə Kamal Sunalın canlandırdığı "Tosun Paşa" obrazı dövrün Misir valisi Kavalalı Mehmed Əli Paşanın oğlu Əhməd Tosun Paşadan ilhamlanıb.
Filmin süjeti 19-cu əsrdə Osmanlı İmperiyasının Misir vilayətində cərəyan edir. İki məşhur ailə Tellioğulları və Səfəroğulları İsgəndəriyyənin ən qiymətli yeri olan "yaşıl vadi" üçün bir-birləri ilə şiddətli mübarizə aparırlar. Dövlət məmurları vadinin kimə məxsus olduğuna qərar verə bilmirlər. Tellioğlu və Səfəroğlu ailələri daha sonra yaşıl vadini və İsgəndəriyyənin ən yüksək məmuru Davər bəyin qızı Leylanı (Müjdə Ar) almaq üçün şiddətli mübarizəyə girirlər. Davər bəy (Mete Sezər) Leylanı Səfəroğullarına verməyə qərar verir. Bu halda Tellioğlu ailəsi daha böyük üstünlük əldə etmək üçün evin uşağı Şabanı (Kamal Sunal) Qahirənin ən görkəmli və ən heyranedici paşası Tosun Paşa kimi təqdim edir.
Tosun Paşa qiyafəsində olan Şaban özünü Tellioğlular ailəsinin böyük oğlu Lütfü (Şənər Şən) ilə yaxın dost kimi göstərərək, yaşil vadi və Leylanı Tellioğullarına qazanmaq əvəzinə Leylaya özü aşiq olur və hər şeyi alt-üst edir. Nəticədə işlər ərəb saçına çevrilir və nəhayət əsl Tosun Paşa Qahirə sarayından çıxıb gəlir.
Əsl Tosun Paşa (Oktar Durukan) yaşıl vadini ələ keçirərək Davər bəyin qızı Leylanı özünə arvad alır. Nəticədə bu hadisə ilə canlarını çətinliklə xilas edən Tellioğulları sağ qaldıqları üçün şükür edirlər. Hamının gözündə günahkar Şaban olmuşdu. Lakin Lütfü özü qazdığı quyuya düşərək Tosun Paşanın varlığını bir anlıq unutmuşdu.
Filmdə Yeşilköy səmtindəki Simenoğlu köşkü Tellioğulları ailəsinin iqamətgahı kimi istifadə edilib.[6] Filmin səhra səhnələri İstanbulun Arnavutköy mahalının Ağaçlı kəndində çəkilərkən, İsgəndəriyyə ağası Daver bəyin malikanə səhnələri üçün açıq məkan olaraq Əmirqandakı Sarı Köşkü, daxili səhnələr üçün Sarıyerdəki Səid Halim Paşa Köşkü seçilib. Tellioğulları və Səfəroğulları ailələrinin sahib olmaq üçün mübarizə apardıqları yaşil vadi İstanbulun Kəmərburqaz rayonundadır.[7]
Filmdə Tellioğullarının başcısı Aqil obrazını canlandıran Aqil Öztuna filmin çəkilişlərinin davam etdiyi Kəmərburqazda dəvədən yıxılaraq daxili qanaxma keçirib və xəstəxanaya yerləşdirilib. Filmin əvvəlində görünən Aqil Öztuna çəkilişlərdə iştirak edə bilməyib və sonrakı səhnələrdə yer almayıb. 1976-cı il noyabrın 18-də film ekranlara çıxmazdan əvvəl 71 yaşında xəstəxanada vəfat edib.