Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Əfqan Xanış oğlu Qorçuyev (20 aprel 1970, Güləbird, Laçın rayonu – 10 fevral 1994, Füzuli rayonu) - Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Əfqan Qorçuyev | |
---|---|
Əfqan Xanış oğlu Qorçuyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Mehdili kəndi |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Sumqayıt Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
Əfqan Qorçuyev 1970-ci il aprelin 20-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1977-1978-ci illərdə Güləbird kənd orta məktəbində təhsil alıb. Əfqan əla müvəffəqiyyətinə və nümunəvi davranışına görə 1 sentyabr 1980-ci ildə Respublika Təhsil Nazirliyinin 18 nömrəli tərifnaməsi ilə təltif edilib.
1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra Laçın rayonuna qayıdıb, rayondakı RTS-də sürücü işləyib.
1994-cü il yanvarın 1-də Laçın Rayon Polis Şöbəsində işə düzəlib. Füzuli rayonu ərazisində gedən döyüşlədə iştirak edir. Horadiz kəndi ətrafındagedən döyüşlərdə igidliklə vuruşub.
Əfqanın qardaşı Qorçuyev Həbib Xanış oğlu 1990-1993-cü illərdə erməni təcavüzkarları ilə gedən döyüşlərdə iştirak edib. 1993-cü il Qubadlı işğal olanda ağır yaralanıb və II qrup əlil olur.
Əfqanın yaxşı səsi var idi və o, döyüşlərdən sonra həmişə məlahətli səsi ilə kollektiv önündə çıxış edərdi.
1994-cü il fevralın 10-da Əfqan Füzuli rayonu Mehdili kəndində gedən döyüşlərdə şəhid olub.
Ailəli idi, iki övladı yadigar qalıb.
Məzarı Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanındadır.[1]