Əfrahim Hüseynov

Əfrahim Hüseynli (Hüseynov Əfrahim İsmayıl oğlu) — tanınmış həkim, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əfrahim Hüseynov
Hüseynov Əfrahim İsmayıl oğlu
Təxəllüsləri Əfrahim və Əfrahim Hüseynli
Doğum tarixi (70 yaş)
Doğum yeri Alar, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Yaqut Hüseynova
Uşaqları Afaq Əfrahim qızı, nəvələri Zəhra, Zeynəb, Saleh
Atası İsmayıl Hüseynov
Anası İpək Hüseynova
Təhsili ali
İxtisası həkim
Fəaliyyəti nasir, şair
Əsərlərinin dili Azərbaycan dili
İlk əsəri Səni gözləyə-gözləyə
Tanınmış əsəri "Bu şəhər həsrət yeridi" poeması
Mükafatları "Xəmsə", "İbn-Sina", "Cəsarətli qələm", "Qızıl qələm" diplomları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əfrahim Hüseynov 23 fevral 1954-cü ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Orta məktəbi doğma kənddə bitirmişdir. 1972-ci ildə Azərbaycan Tibb İstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1978-ci ildə yüksək qiymətlərlə təhsilini başa vuraraq terapevt ixtisası almışdır. Əmək fəaliyyətinə Bakı şəhəri, Qədirli adına Hövzə xəstəxanasında həkim-terapevt kimi başlamışdır. İki il bu tibb ocağında işlədikdən sonra Cəlilabad rayonuna qayıtmış və Alar xəstəxanasının baş həkimi təyin edilmişdir. Hazırda da həmin xəstəxananın baş həkimidir.

Ədəbiyyata 70-ci ildə mərkəzi mətbuatda çap olunan "Bakının gecə lövhəsi" şeri ilə gəlib (orta məktəbdə oxuyarkən). Sonralar şeirləri tez-tez dövri mətbuatda çap olunub. Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin, Tibb İnstitutunda Asif Babazadənin (Çeşmə") rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub.

Yeddi şeirlər kitabının müəllifi və həkim-yazarların ilk poetik toplusu olan məşhur "HƏKİMLƏRİN SÖZ DÜNYASI" kitabının tərtibçisidir. Şuşa dərdinə həsr olunmuş, ədəbiyyatımızda çox yüksək dəyərləndirilən, müəllifini oxuculara daha da çox sevdirən "BU ŞƏHƏR HƏSRƏT YERİDİR" poemasının müəllifi də Əfrahimdir. Şeirləri Türkiyədə çap olunan "Altun kalemler" kitabında yer alıb.

Əfrahimin şerlərinə müxtəlif illərdə T. Bayram, N. Kəsəmənli, B. Bağırlı və başqa tanınmış ədəbiyyat adamları rəy yazmışdır. Bu rəylərdə onun şeirlərinin əsas qayəsini Vətən sevgisi, el-oba məhəbbəti, sevgi müqəddəsliyi, ata-ana ucalığı təşkil etdiyi vurğulanmışdır. Özünəməxsus poetik deyim tərzi olması yüksək qiymətləndirilir.

2000-ci ildə A. Şahsuvaroğlunun qələmə aldığı, yüksək tirajla çap olunan "ONLARIN QİSMƏTİ BELƏ ÖMÜRDÜR" kitabı Əfrahim həkimin həkimlik fəaliyyətinə və yaradıcılığına həsr edilmişdir.

Əfrahim Hüseynliyə Azərbaycan ədəbiyyatına, eləcə də azərbaycan oxucularına əvəzedilməz töhfə olan iki tərtib etdiyi kitab: "HƏKİMLƏRİN SÖZ DÜNYASI-1"(2016), HƏKİMLƏRİN SÖZ DÜNYASI-2"(2019) kitabları daha çox şöhrət gətirmişdir. Bu kitablar 18-ci əsrdən üzü bəri çağdaş ədəbiyyatımızda olan həkim-yazarların həyat və yaradıcılıqlarına həsr edilmişdir.

Əfrahim Huseynli istedadlı şair olmaqla bərabər, həm də insanların rəğbətini qazanmış tanınmış və gözəl bir həkimdir.

Rəhbərlik etdiyi kollektivdə böyük nüfuza malik olan Əfrahim neçə-neçə ailəyə sevinc bəxş etmişdir.

Dəfələrlə fəxri-fərmanlarla təltif edilmişdir. "Xəmsə", "Cəsarətli qələm", "İbn-Sina", "Hippokrat", "Qızıl qələm" diplomlarına layiq görülmüşdür.

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəlidir. Bir övladı var. Ömür-gün yoldaşı Yaqut xanım və qızı Afaq da həkimdirlər.

  1. Səni gözləyə-gözləyə (şeirlər). Bakı: "Ekologiya", 1997, 48 səh.
  2. Yollar qayadan asılır (şeirlər və poemalar). Bakı: "Gənclik", 1999, 84 səh.
  3. Ömrü hamıtək yaşasan (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 2001, 80 səh.
  4. Məni axtaran varsa (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 2002, 66 səh.
  5. Nə yaman çətinmiş məni tanımaq (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 76 səh.
  6. Yağan yağış yollarını döydümü (şeirlər və poemalar). Bakı: "Adiloğlu", 80 səh.
  7. Ürəyi aldatmaq olmur (şeirlər və poemalar). Bakı: "Adiloğlu" səh. 300 səh.http://kitabxana.net/?oper=readBook&id=2095
  8. Həkimlərin söz dünyası ( 1-ci kitab,Tərtibatçı,Həkim-yazarların ilk poetik toplusu). Bakı: "Xan", 2016, 260 səh.http://kitabxana.net/?oper=readBook&id=2566
  9. Həkimlərin söz dünyası (2-ci kitab, Tərtibatçı. Həkim-yazarların yaradıcılıq toplusu, "Elm və təhsil", 2019, 567 səhhttp://kitabxana.net/?oper=readBook&id=4596.