Əfrində itkin düşmüş qadınlar

Əfrində itkin düşmüş qadınlar — 2018-ci ilin mart ayında Suriya Milli OrdusuTürkiyə Silahlı Qüvvələri tərəfindən Əfrinin ələ keçirilməsindən sonra itkin düşmüş qadınlar. O dövrdən bəri 173-dən çox qadın və qızın qaçırıldığı, onlardan 109-nun hələ də itkin düşdüyünə dair çoxsaylı xəbərlər ortaya çıxmışdır. Bu keyslərin təxminən 30-da işgəncə və cinsi zorakılıq iddiaları olmuşdur.[1]

Müxtəlif mənbələr Suriya Milli Ordusu və Türkiyə Silahlı Qüvvələrinin üzvləri tərəfindən girov götürmə, işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar, habelə seksual və genderə əsaslanan zorakılıq kimi müharibə cinayətlərinin törədilməsi ehtimalını göstərir. Buna baxmayaraq, bu ittihamlarla bağlı heç bir hökm çıxarılmamışdır. Suriya Ərəb Respublikasının hesabatı üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası qadın və qızların Suriya Milli Ordusu döyüşçüləri tərəfindən təcavüz, zorlama və cinsi zorakılığa məruz qalması, nəticədə həm fərdi, həm də icma səviyyələrində ağır fiziki və psixoloji zərər əldə etməsi məqsədilə saxlanıldığını göstərən sübutlar tapmışdır. Nəticədə, Təl-Əbyəzdən olan bəzi ailələr zorlama və cinsi zorakılıq riski ilə bağlı narahatlıqlar səbəbindən evlərinə qayıtmamağı seçmişdilər. Bundan əlavə, Suriya Milli Ordusunun Hərbi Polis zabitlərinin kişi məhbusları alçaltmaq, etiraflar almaq və qorxu aşılamaq vasitəsi kimi bir azyaşlının zorlanmasına şahidlik etməyə məcbur qoyulduğu barədə məlumatlar var. Hadisə şahidinin sözlərinə görə, ilk gün müəssisədə Türkiyə rəsmiləri olmuşdu.[2]

2019-cu ildən bəri Əfrin və Rəsulayn bölgələrində kürd qadınların Suriya Milli Ordusu briqadalarının üzvləri tərəfindən qaçırılma, işgəncə və zorlama təhdidləri ilə üzləşdiyi barədə xəbərlər ortaya çıxmışdır. Bu zorakılıq əməlləri qadınlarda qorxu hissi yaratmış və onların evlərində gizlənməsinə gətirib çıxarmışdır. Suriya Milli Ordusu mülki şəxsləri açıqlanmayan həbsxanalarda saxlamışdı. 29 may 2020-ci il tarixində geniş yayılmış video görüntülərdə Həmzə briqadası üzvlərinin səkkiz qadını başqa yerə tələsdirdiyi göstərilir. Saxlanılan qadınların Lonjen Abdo, Rojen Abdo, Roşan Amuni, Hayfa Casim, Novruz Abdo, Rokan Munla, Aren Deli və Nadiya Süleyman olduğu müəyyən edilmişdir. Həmin vaxt hamilə olan Ruken Munla Məhəmməd 2018-ci ilin sentyabrında qaçırılmış və əsirlikdə olarkən uşaq dünyaya gətirmişdir. Lonjen və Rojin Məhəmməd Abdo 2018-ci ildə qaçırılan bir neçə ailə üzvləri arasında idi. Eyni ev təsərrüfatının bir neçə üzvünün eyni vaxtda oğurlanması adi hal olaraq qiymətləndirilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://missingafrinwomen.org/data/ Arxivləşdirilib 2020-09-27 at the Wayback Machine. Missing Afrin Women
  2. https://www.ohchr.org/en/hrbodies/hrc/iicisyria/pages/documentation.aspx Arxivləşdirilib 2020-09-19 at the Wayback Machine. Independent International Commission of Inquiry on the Syrian Arab Republic
  3. https://stj-sy.org/en/afrin-how-eight-women-were-forcibly-disappeared-by-the-hamza-division/ Arxivləşdirilib 2023-06-07 at the Wayback Machine Afrin: How Eight Women were Forcibly Disappeared by the Hamza Division?