Müharibə cinayəti

Müharibə
Hərbi tarix
Müharibə dövrləri
Ən qədim tarix müharibələri · Qədim dövr müharibələri
Orta əsr müharibələri · Barıt müharibələri
Sənaye müharibələri · Müasir müharibələr
Döyüş meydanları
Hava döyüşləri · İnformasiya müharibələri
Quru qoşun döyüşləri · Dəniz müharibələri
Kosmos müharibələri · Hərbi itkilər ·
Silahlar
Zirehli maşınlar · Artilleriya
Bioloji silahlar · Süvari qoşunları
Kimyəvi silahlar · Elektron silahlar
Piyada · Nüvə silahı
Psixoloji silah
Hərbi taktika

Gücdən salma taktikası · Partizan müharibəsi
Manevr müharibəsi, o cümlədən Bliskriq
Mühasirə · Səngər müharibəsi

Hərbi strategiya

İqtisadi müharibə · Nüvə strategiyası

Silahlı Qüvvələrin strukturu

Silahlı Qüvvələrin strukturu · Hərbi rütbə
Şablon:Birləşmiş strateji komandanlıq

Hərbi logistika

Hərbi avadanlıq · Materiallar
Hərbi təminat

Digər

Müharibə cinayətləri · Soyuq müharibə (dəqiqləşdirmə)

Hərbi siyahılar
Döyüşlərin siyahısı · Komandanların siyahısı
Hərbi əməliyyatların siyahısı · Mühasirə siyahısı
Hərbi nəzəriyyəçilərin siyahısı · Müharibələrin siyahısı
Hərbi cinayətlərin siyahısı · Silahların siyahısı
Hərbi yazıçıların siyahısı

Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir.[1]

Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir.[1]

Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır.[1]

Müharibə cinayətlərinin siyahısı

[redaktə | mənbəni redaktə et]

Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir:

  1. qəsdən adamöldürmə;
  2. işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər;
  3. ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi;
  4. hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi;
  5. hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi;
  6. hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi;
  7. girov götürülməsi;
  • Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri:
  1. mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi;
  2. şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi;
  3. qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi;
  • Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
  1. işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi;
  2. hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması;
  • Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik;
  • Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
  1. zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi;
  2. şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq;
  3. müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi;
  4. dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması;
  5. ictimai və ya xüsusi əmlakın talan edilməsi;
  • Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
  1. adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması;
  2. kollektiv cəzalandırma;
  3. girov götürülmə;
  4. terror aktları;
  5. şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik;
  6. hərbi soyğunçuluq;
  7. məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi;
  8. silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
  1. 1 2 3 "[[Lətif Hüseynov|L.H.Hüseynov]]. BEYNƏLXALQ HÜQUQ. Dərslik. Bakı: Qanun Nəşriyyatı, 2012, 368 səh" (PDF). 2018-12-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Qaralama məqalələr  Bu məqalə qaralama halındadır. Məqaləni təkmilləşdirərək və ya özəlləşdirilmiş qaralama şablonlarından birini qoyaraq Vikipediyaya töhfə verə bilərsiniz.