Əfsun

Ekzorsizm (yun. ἐξορκισμός — ovsunlamaq) — cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ekzorsizm hələ Qədim Babilistanda işlədilmiş, adətən səlahiyyətli bir şəxslə (keşiş və ya şaman) icra edilir. Əhdi Cədiddə İsanın dua və əmr gücü ilə keçirilmiş cinlər qovmaları təsvir edilmişdir. Haqqında bir çox bədii film çəkilmişdir, o cümlədən "İblisi Qovan" və "Emili Rouzun Altı Cini".

Cinlәrin vә ya şәr ruhların insandan, yaxud müәyyәn yerdәn qovulması ritualı. Ekzorsizmi rahiblәr, ekstrasenslәr vә ya şamanlar hәyata keçirir. Ekzorsizmә bir çox dindә rast gәlinir. Dörd vedadan biri olan Atharvavedada Ekzorsizm, әl-kimya vә sehr ilә bağlı mәsәlәlәrdәn bәhs edilir. Ekzorsizmin әsas vasitәsi olan mantra vә yacnadan veda vә tantra әnәnәlәrindә istifadә olunurdu. “Qumran әlyazmaları”nda yәhudi essenilәrin (e.ә. 2 әsr — e.ə. 1 әsr) Ekzorsizm ilә mәşğul olması barәdә qeydlәr var. Әhdi-cәdiddә İsa peyğәmbәrin cinlәri qovması göstәrilmişdir (Mat. 9:32-34). İslamda ruqyә adlanan Ekzorsizm hәm dә alternativ tәbabәt olan tibbi-nәbәvinin bir hissәsidir. Mәhәmmәd peyğәmbәr şәr ruhlardan qorunmaq üçün Quranın axırıncı üç surәsini (İxlas, Fәlәq, Nas) oxumağı buyurmuşdur.

Ekzorsizm İnsan cisminə keçmiş bəd ruhların, cinlərin cisimdən kənarlaşdırılması haqqında nəzəriyyədir. Xristianlığa qədərki dövrdə də mövcud olmuşdur. Şamanlar tərəfindən müxtəlif ayinlər, mərasimlər keçirilirdi. Baxmayaraq ki, xristianlar bu mərasimi ilk dəfə İsa Məsihin keçirdiyini deyirlər.

border=none Əsas məqalə: Qoğuç

Türk, yakut, qırğız və altay şamançılığında Şeytan çıxarma, Cin qovma, Şeytan qovalama (eksorsizm) mənalarını verən bir sözdür. Pis ruhların kənarlaşdırılması əməliyyatıdır. Qərb xristianlığında şeytan çıxarma əməliyyatı işgəncə də daxil hər cür üsulu mübah qəbul etmişdir və orta əsrlər bu tip proqramlara səhnə olmuşdur. Ancaq şamançı ənənədə isə belə hadisələr görülməz. Ruhları görüb insanlardan uzaklaştırabilen kəslərə Qovucu/Quvuçu/Kuvucu/Kuğuçu/Kuğunçu deyilir. Pis ruhu bir dəfə tutan adam qovucu olmağa haqq qazanmış deməkdir. Söz, "qovmaq" feli ilə əlaqəlidir.