İsa

İsa (ən tezi e.ə. 6ən geci e.ə. 4[1], Beytləhm, Roma imperiyası[2]7 aprel 30 və ya 3 aprel 33) — xristianlıqda Tanrının bədənli mücəssəməsi. Həmçinin Məsih, Nazaretli, İnsan Oğlu, Xilaskar, Rəbb və s. adlanır. Xristianlığa görə İsa Beytləhmdə doğulub. Qüdsdə çarmıxa çəkilib. Manixeistlər, qnostiklər, müsəlmanlar, bəhailər və başqaları dinlərində İsa üçün önəmli yerlər tapdılar.[3][4][5] Quran İsanın müsəlman olduğunu iddia edir.[6] Bəhai təlimləri İsanı "Tanrının təzahürü" hesab edir.[7] Bəzi hindular İsanı avatar və ya sadu hesab edirlər.[8] Bəzi buddistlər, o cümlədən XIV Dalay Lama, İsanı həyatını insanların rifahına həsr edən bodhisattva hesab edir.[9]

İsa
İsa Məsih
Doğum tarixi ən tezi e.ə. 6ən geci e.ə. 4[1]
Doğum yeri
Vəfat tarixi 7 aprel 30 və ya 3 aprel 33
Vəfat səbəbi Çarmıx
Dəfn yeri
Həyat yoldaşı
  • bilinmir
Partnyoru
  • bilinmir
Atası Müqəddəs İosif və ya Xristianlıqda Ata
Anası Məryəm
Təhsili
  • bilinmir
Fəaliyyəti vaiz[d], peyğəmbər, dülgər[d], Ravvin, dini rəhbər[d], Məsih, vaiz[d], müəllim, din qurucusu[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlərtarixdə 100 ən nüfuzlu şəxs siyahılarına daxil edilib.

Bibliyada İsa Məsih haqqında[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: İsa Xristianlıqda

İsanın yerdəkı həyatı, ölümü, dirilməsi, meracı əksərən Ilkin kanonik və apokrifik incillər verlər. Onun doğulması Müqəddəs ruh vasitəsilə Bakirə Məryəmə qabaqcadan xəbər verilir. Məsih Padşahı kimi Davud sülaləsinin varisi olan İsa Beytləhmdəki tövlədə doğulur. İsanın formal atası Yusifdir. Mələklər və möcüzəli ulduzla istiqamətləndirilmiş çobanlar və münəccimlər İsanı salamlamaq üçün gəlirlər. Qırxıncı gündə İsanı Allahı qəbul edən Simeon qarşılayır. İsa Dağüstü vəzi söyləyir və on iki həvari seçir. İsanın möcüzələri arasında xəstələrə şəfa verməsi, korların gözlərini açması, ölüləri diriltməsi, suyu şəraba döndərməsi, su üstündə gəzməsi, tufanı ram etməsi, beş min adamın beş və ya yeddi çörəklə doydurması, adamdan cinlərin qovulması və s.kimi möcüzələri vardır. Pasxa bayramından qabaq dişi eşşəyə minmiş İsa təntənə ilə Yerusəlimə gəlmiş, məbəddən alverçilər və qurban heyvanları satan ticarətçiləri qovmuşdur. Onun həvarisi Yəhuda onu 30 gümüş pula satır. Bundan sonra İsa on iki həvari ilə sirli Pasxa şamını təşkil edir və Özünün ələ veriləcəyini qabaqcadan xəbər verir. Həvarilərə Öz bədənini və qanını təmsil edən çörək və şərabla yevxaristiya mərasimini təsis edir. Sonra Yəhuda İskariotla istiqamətləndirilmiş silahlı dəstə gəlir. İsanı öpərkən Onu otuz gümüş pula satmış Yəhuda dəstəyə məqsədi göstərir. Petrus və ya Peter silahlı müqavimət göstərməyə çalışır və qılıncla qulun qulağını kəsir. Onu dayandırmış İsa qulu sağaldır, lakin İsanı tuturlar. Sinedrionda İsa öz Məsih titulunu təsdiq edir və Ponti Pilata gətirirlər. Pilat İsadan Özünü yəhudilərin padşahı sayıb-saymadığını soruşur və İsa bunu təsdiqləyir. Pilat İsanı azad etməyi təklif edir, lakin izdiham onun əvəzində qatil Barabbanı görmək istəyir. Buna görə İsa əvvəlcə şallaqlama, sonra çarmıxa çəkilməyə məhkum edilir və Öz çarmıxını edam yerinə (Qolqofaya) qədər aparır. Çarmıxın ağırlığına dözməmiş İsaya naməlum Kirineyalı Şimon kömək edir. Çarmıxa çəkilmiş İsanın əziyyətləri təqribən altı saat davam edir. Onun ölümü günəş tutulması, Yerusəlimdəki məbəddə pərdənin cırılması və zəlzələ ilə nəticələnir. İsa öldükdən sonra Onun şagirdləri yas tuturlar, lakin üçüncü gündə O dirilir və bir çox möminlərə görünür. Həvari Pavel bu haqda belə yazmışdır: "Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü, dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. O əvvəl Kefaya, sonra On İki şagirdə göründü. Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü…"[10]

Apokfirik incillərdə İsa haqqında[redaktə | mənbəni redaktə et]

Bibliyaya daxil olmuş dörd Müjdədən fərqli olaraq, apokrifik incillərə İsanın uşaqlığı haqqında mözücələrlə dolu rəvayətlər daxildir. Bir misal kimi, eramızın II əsrində yazılmış "Foma İncili" İsa Məsihin uşaqlığından bəhs edir, Məsihi hər addımbaşı möcüzələr göstərən təkəbbürlü və sərt bir uşaq kimi təsvir edir. Şənbə günü gildən quş düzəldir və sonra insanların etirazları qarşısında əl çalır və o saat bunlar əsl quşlara dönüb uçmağa başlayır.[11]

Apokrifik incillərdə İsanın ölümü haqqında yazılanlar da Bibliyadakı hekayədən fərqlənir. Eramızın II əsrinə aid olan Basilid incilində İsanın ölümü xəbərinin həqiqətə uyğun olmaması iddia edilirdi. Vasilidə görə, İsanın çarmıxda olması yalnız müəyyən adamların gözünə görsənmişdir və xəyaldan başqa bir şey deyildir. Əslində isə o edam edilməmişdir, onun yerinə başqa bir adam edam olunmuşdur.[12] Bu cür fikrin əks olunduğu II əsrə aid olan "Böyük Sifin ikinci risaləsi" adlı apokrifik İncil Misirdə tapılmışdır. Başqa apokrifik incillərdə İsa adi insani həyat tərzi aparan bir peyğəmbər kimi təsvir olunur. Onun hətta bir qadınla evlənməsi haqqında işarəlarə də rast gəlmək olar.[13]

Doğurmaq üzrə olan Məryəm təzə xurma üçün ağacı silkələyir. Quranda da istifadə edilən mövzu Yalançı-Matta İncilindən[14] və təzə xurma-doğum əlaqəsi elmi möcüzə olaraq görülür.

Quranda Məryəm oğlu İsa haqqında[redaktə | mənbəni redaktə et]

Qurani Kərimə görə, İsa Allahın bir peyğəmbəri olub. İsanın Allahın Oğlu olması islamda qeyri-mümkün bir olay kimi qəti şəkildə rədd edilir. İslama görə, İsa Allaha çox yaxın bir peyğəmbər olub.

4:156. Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, 4:157.bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"- dediklərinə görə lənətə düçar edildilər, halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Bu surədə "Onlar" yəhudilərə aiddir.

112.əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) Bismillahir-rəhmanir-rəhim!

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"

Başqa dinlərdə İsa haqqında[redaktə | mənbəni redaktə et]

Bəhai dinində[redaktə | mənbəni redaktə et]

Bəhai təlimləri İsanı Allahın Məzhəri kimi — Bəhai dinindəki peyğəmbərlik konsepsiyası[15] ilə, Allah və insanlar arasındakı vasitəçi, elçi kimi, Allahın keyfiyyət və sifətlərinin təcəllisi kimi təsvir edir (bax: Bəhai dinində Allah anlayışı).[16] Bəhai konsepsiyası insan və ilahiliyin bənzər keyfiyyət və sifətlərlə bəzəndiyini vurğulayır,[17] belə ki, bu Xristianlıqdakı "təcəssüm" konsepsiyası ilə oxşarlıq təşkil edir.[18] Bəhai inancı, İsanın "Allahın Oğlu" olması ifadəsini qəbul edir[19], lakin bunun İsanın gəldiyi dövrdə mövcud regionda istifadə olunan simvolika olduğunu düşünür. Belə ki, Fələstin, Misir, Yunanıstan, bütün Aralıq dənizi boyunca yazılarda (məsələn, Misir mətnləri, Tövrat, Platonun "Dövlət" əsəri və s.) bu metafor müqəddəs şəxslər haqqında istifadə olunmuşdur. İsa Allahın fiziki törəməsi kimi yox, Ondan tərbiyə almış "Oğul" kimi qəbul edilir. Bəhailər düşünür ki, İsa Allahın sifətlərinin təzahür etdiyi mükəmməl güzgü kimidir, lakin onlar Allahın Ruhunun öz uca məqamını tərk edərək hər hansısa insanın bədəninə yerləşməsi ideyasını qəbul etmirlər. Çünki onlar inanırlar ki, Allah hər yeri əhatə edəndir və hər şeyin fövqündədir.[20]

Bəhai dininin banisi Bəhaullah yazır ki, bir halda ki, Allahın bütün Məzhərləri eyni keyfiyyətlərin və sifətlərin daşıyıcısıdırlar, onların hər birini daha əvvəl gəlmiş Məzhərlərin "ruhani qayıdışı" hesab etmək olar, həmçinin hər yeni gələn Allah məzhəri yeni dini təlim gətirir, hansı ki, əvvəlkiləri əvəzləyir. Bu Bəhai dinindəki "proqressiv vəhy" konsepsiyasıdır.[21] Bəhailər inanır ki, Allahın planı bu proses vasitəsilə, insanlığın inkişafı ilə ahəng içində irəliləyir. Allahın Məzhərləri çox xüsusi bir missiyanı həyata keçirmək və əvvəlki prosesi tamamlamaq üçün gəlirlər. Belə ki, bəhailər inanırlar ki, Bəhaullah İsa Məsihin vəd olunmuş qayıdışıdır.[22] Bəhai təlimləri İsanın İncildəki bir çox təlimini təsdiq edir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://archive.org/details/jesusrememberedc00jame.
  2. 1 2 Evangelist L. t. Εὐαγγέλιον κατὰ Λουκάν. 0085.
  3. Watson, Francis. The quest for the real Jesus // Bockmuehl, Markus N. A. (redaktor). Cambridge companion to Jesus. Cambridge University Press. 2001. 156–57. ISBN 978-0-521-79678-1. 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
  4. Evans, C. Stephen. The historical Christ and the Jesus of faith. Oxford University Press. 1996. səh. v. ISBN 978-0-19-152042-6.
  5. Delbert, Burkett. The Blackwell Companion to Jesus. John Wiley & Sons. 2010. səh. 1. ISBN 978-1-4443-5175-0.
  6. Ali-İmran 52
  7. Stockman, Robert. "Jesus Christ in the Bahá'í Writings". Bahá'í Studies Review. 2 (1). 1992. 2019-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.
  8. Rishi Das, Shaunaka. "Jesus in Hinduism". BBC. March 24, 2009. November 25, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2019.
  9. Beverley, James A. "Hollywood's Idol". Christianity Today. June 11, 2011. March 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 9, 2019.
  10. Əhdi-Cədid, 1 Korinflilərə Məktub 15:3–6
  11. Bax: Мировая духовная культура. Христианство. Церковь. Лекции и беседы. — М.: Фонд имени Александра Меня, 1995. 671 с. Тир 10 000. 2-е изд.: 1997. http://krotov.info/library/13_m/myen/00049.html Arxivləşdirilib 2013-06-09 at the Wayback Machine
  12. Bax: Протоиерей Иоанн Мейендорф. Введение в Святоотеческое Богословие. Глава 2. Борьба с гностицизмом. Святитель Ириней Леонский. http://klikovo.ru/db/msg/882 Arxivləşdirilib 2014-07-29 at the Wayback Machine
  13. XRİSTİANLIĞIN YARANMASI, MƏNBƏLƏRİ VƏ İNKİŞAF MƏRHƏLƏLƏRİ Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine I Fəsil, İlk Xristianlığın qısa tarixi icmalı
  14. Leirvik 2010, pp. 33–34.
  15. "Stockman, Robert (1992). "Jesus Christ in the Bahá'í Writings". Bahá'í Studies Review. 2 (1)". 2019-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.
  16. "Cole, Juan (1982). "The Concept of Manifestation in the Bahá'í Writings". Bahá'í Studies. 9: 1–38". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.
  17. "Cole, Juan (1982). "The Concept of Manifestation in the Bahá'í Writings". Bahá'í Studies. 9: 1–38". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.
  18. "Stockman, Robert (1992). "Jesus Christ in the Bahá'í Writings". Bahá'í Studies Review. 2 (1)". 2019-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.
  19. Smith, Peter (2000). "peace". A concise encyclopedia of the Bahá'í Faith. Oneworld Publications. p. 214.
  20. "Stockman, Robert (1992). "Jesus Christ in the Bahá'í Writings". Bahá'í Studies Review. 2 (1)". 2019-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.
  21. "Cole, Juan (1982). "The Concept of Manifestation in the Bahá'í Writings". Bahá'í Studies. 9: 1–38". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.
  22. "Smith, Peter (2008). An Introduction to the Baha'i Faith. Cambridge University Press. p. 128". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-31.
Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran