Populyasiya haqqında esse - kitabı ilk dəfə 1798-ci ildə anonim olaraq nəşr olunub[1], lakin tezliklə müəllifin Tomas Robert Maltus olduğu müəyyən edildi. Kitabda əhalinin həndəsi irəliləyişlə artmasının (hər 25 ildən 2 dəfə artması) ilə bağlı gələcək çətinliklər barədə,[2] qida istehsalının isə arifmetik irəliləyişlə artıb, qida çatışmazlığına səbəb olacağı, doğum nisbətləri azalmazsa aclıq ola biləcəyi ilə bağlı xəbərdarlıqlar yer alır.[2]
Əhali prinsipi haqqında esse | |
---|---|
ing. An Essay on the Principle of Population | |
Müəllif | Tomas Maltus |
Janr | esse |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1798 |
Əhalinin sayı haqqında ilk kitab olmasa da, Maltusun kitabı Britaniyada əhalinin sayı ilə bağlı mübahisələri qızışdırdı və 1800-cü il siyahıyaalınması haqqında qanunun qəbul edilməsinə gətirib çıxardım Bu qanun İngiltərə, Uels və Şotlandiyada 1801-ci ildən başlayaraq bu günə qədər hər on ildən bir davam edən milli siyahıyaalınma aparmağa imkan verdi. Kitabın 1826-cı ildəki 6-cı nəşri həm Çarlz Darvin, həm də Alfred Russel Uollesə təbii seçmə nəzəriyyəsinin inkişafında əsas təsir göstərən əsərlərdən olmuşdur.
Kitabın əsas hissəsi indi Maltusun Əhali Qanunu kimi tanınan qanuna həsr edilmişdir. Nəzəriyyə iddia edir ki, artan əhali nisbəti əmək təklifinin artmasına kömək edir və istər-istəməz əmək haqqını aşağı salır. Əslində, Maltus əhalinin davamlı artımının yoxsulluğa səbəb olacağından qorxurdu.
1803-cü ildə Maltus eyni başlıq altında əsərinin əsaslı şəkildə yenidən işlənmiş ikinci nəşrini nəşr etdi. Onun son variantı, 6-cı nəşri 1826-cı ildə nəşr olundu. 1830-cu ildə, ilk nəşrdən 32 il sonra, Maltus daha geniş əsərin tənqidlərinə cavabları özündə əks etdirən Əhali Prinsipinə Xülasə Baxış adlı yığcam versiyanı nəşr etdi.