Fələstin tərəfinin bildirdiyinə görə, xəstəxanada partlayış nəticəsində bir neçə yüz nəfər həlak olmuşdur.[3][4] Bununla belə, müstəqil məlumatlara görə, Fələstin tərəfinin iddia etdiyi bu say görə həddən artıq qiymətləndirilir və partlayışın özü xəstəxananın özündə deyil, xəstəxananın yanındakı dayanacaqda baş vermişdir.[5] Hadisə ilə bağlı yoxlanılmamış və etibarsız məlumatların geniş yayılması informasiya müharibəsinin predmetinə çevrilmişdir.[6][7][8][9]
"HƏMAS" partlayışa görə İsraili günahlandırmış, buna səbəb kimi İsrail Müdafiə Qüvvələrinin (IDF) aviazərbələrini göstərmişdir.[10] Bu ittiham bir çox ərəb dövlətləri və islam dünyasının ölkələri tərəfindən təkrarlanmışdır.[11] Öz növbəsində, İDF partlayışın "Fələstin İslam Cihadı" qruplaşmasının Qəzzə zolağından İsrail istiqamətində uğursuz raket atması nəticəsində baş verdiyini bildirmişdir.[12] "HƏMAS" raket qalıqlarını müstəqil araşdırmalar üçün təqdim etməmişdir.[13][14]