Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Axundov Əhliman Molla Əli oğlu (1903-1977), ədəbiyyatşünas.
Əhliman Əli oğlu Axundov 30 sentyabr 1903-cü ildə keçmiş Yelizavetpol mahalı Zəngəzur qəzasınınƏliquluuşağı kəndində anadan olmuşdur. 1909-cu ildən 1919-cu ilədək atası molla Əlinin mədrəsəsində azərbaycan, fars və ərəb dilləırində İlk təhsilini almış və daha sonra Şuşa Pedaqoji Texnikumunu bitirmişdir.. 1932-ci ildə Ali Pedaqoji institutu bitirmiş, aspiranturada təhsilini davam etdirmiş və Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edərək elmlıər namizədi adını almışdır. Ömrünü folklor tədqiqatına bağlamış Əhliman Axundov Azərbaycanın bütün bölgələri üzrə folklor nümunələrini toplamış və ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Dil və ədəbiyyat insitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
Əhliman Axundov 1977-ci ildə Oktyabr ayının 2-də Bakı şəhərində vəfat etmişdir.