Qaçaq Nəbi — Əhliman Axundovun tərtib etdiyi və ilk dəfə 1941-ci ildə nəşr edilən Azərbaycanın xalq qəhramanı Qaçaq Nəbidən bəhs edən dastan.
Qaçaq Nəbi | |
---|---|
| |
Müəllif | Əhliman Axundov |
Janr | Dastan |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1941 |
Nəşriyyat |
Azərnəşr (1961) Çıraq (2009) Bakı Kitab Klubu (2016)[1] |
Səhifə |
440 (2009) 504 (2016) |
Azərbaycan xalq qəhrəmanı 19-cu əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı olan Alı oğlu Nəbi Zəngəzur və Naxçıvanda (Zəngəzur qəzası) qorxmadan partizan müharibəsi aparan qaçaqlardan biri olmuşdur. Kitab xalq qəhrəmanının həyatı,qaçaqlıq fəaliyyəti haqqında dolğun və hərtərəfli tarixi məlumatlarla zəngindir.
Dastan ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1941-ci ildə, 2-ci dəfə 1961-ci ildə Azərnəşrdə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2009-cu ildə Çıraq nəşriyyatında 440[2], 2016-cı ildə Bakı Kitab Klubunda 504 səhifədə çap edilib.[3]