Əhməd İsgəndərov Əhməd oğlu (23 noyabr 1927, Mərdəkan, Bakı, Azərbaycan SSR - 13 oktyabr 2017, Moskva, Rusiya) — tarixçi-şərqşünas, tarix elmləri doktoru (1969), professor (1970), Rusiya EA-nın müxbir üzvü (1979), RSFSR-in "Əməkdar elm xadimi" (1978). [1][2][3]
Əhməd İsgəndərov | |
---|---|
Əhməd İsgəndərov Əhməd oğlu | |
Doğum tarixi | 23 noyabr 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 2017 (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Elm sahələri | Yaponiya tarixi |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Əhməd İsgəndərov 23 noyabr 1927-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1940-cı ildə anasının ölümündən sonra Bakıya köçmüş və burada 8 saylı orta məktəbdə təhsil almışdır. Əhməd İsgəndərov 1943-cü ildə Bakı Memarlıq Texnikumuna daxil olaraq bir il orada oxumuş, daha sonra 1944-cü ildə yenicə yaranmış Hərbi-dəniz hazırlıq məktəbinə daxil olmuşdur. Lakin İsgəndərov təhsilini yarımçıq qoyaraq 1945-ci ildə Moskva Xarici Dillər Hərbi İnstitutuna daxil olmuşdur. Beş il burada oxumuş və 1950-cı ildə baş leytenant rütbəsi almışdır.[1][3]
Əhməd İsgəndərov iki il Xarici Dillər Hərbi İnstitutunda işləyir. 1957-1958-ci illərdə SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, 1958-ci ildən 1965-ci ilə qədər Praqada çıxan "Dünyanın və sosializmin problemi" jurnalında məsləhətçi redaktor, daha sonra şöbə müdirinin müavini vəzifəsində çalışır. O, 1960-63-cü illərdə SSRİ EA-nın Asiya Xalqları İnstitutunda böyük elmi işçi, 1963-65-ci illərdə "Dünyanın və sosializmin problemı" jurnalında şöbə müdiri vəzifəsini icra edir.[1][2]
1965-1969-cu illərdə SİKP MK informasiya şöbəsində məsləhətçi, 1969-70-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində məsləhətçi-ekspert, 1970-1972-ci illərdə SSRİ EA-nın Beynəlxalq Fəhlə Hərəkatı İnstitutunun direktor müavini kimi fəaliyyət göstərir. Daha sonra 1972-1987-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini işləyir. Əhməd İsgəndərov 1987-ci ildən "Tarixin sualları" jurnalının baş redaktoru olur.[1][2][3]
Əhməd İsgəndərov 1953-cü ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1958-ci ildə Yaponiya tarixi üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Əhməd İsgəndərov 1969-cu ildən tarix elmləri doktoru, 1970-ci ildən professor elmi rütbəsini almışdır. O, 1979-cu ildə SSRİ EA-nın müxbir-üzvü, həmçinin Asiya və Afrika ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur.[1][3]
40 il elmi fəaliyyətlə məşğul olan Əhməd İsgəndərov Yaponiyanın feodalizm dövrünə, tarixi və mədəniyyətinə, beynəlxalq milli azadlıq hərəkatına həsr olunmuş təqribən 80-dək elmi əsərin müəllifidir. Eyni zamanda alim "Üçüncü dünya: problemlər və perspektivlər" kollektiv monoqrafiyanın əsas müəlliflərindəndir. Həmçinin 2002-ci ildə nəşr olunmuş "İmperiyanın qürubu" adlı kitabın müəllifidir. Əhməd İsgəndərovun əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir. Əsas elmi işləri:[1]
Əhməd İsgəndərov 13 oktyabr 2017-ci ildə Moskvada vəfat etmişdir.[1]