Molla İbrahimxəlil Məhəmməd oğlu və ya təxəllüsü ilə Əhməd Əfəndi Zövqi (XIX əsr, Baş Göynük – 1867, Nuxa) — Azərbaycan şairi.
Əhməd Əfəndi Zövqi | |
---|---|
Doğum adı | Molla İbrahimxəlil Məhəmməd oğlu |
Təxəllüsü | Zövqi, Şikəst |
Doğum tarixi | XIX əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1867 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Qazı Molla Əhməd Əfəndi XIX əsrdə Şəkinin Baş Göynük kəndində anadan olub və qazı seçilib. Əhməd Əfəndi şair kimi də tanınıb. Şəxsiyyəti və yaradıcılığı haqqında ilk məlumatı ədəbiyyatşünas Salman Mümtaz vermişdir:[1]
Əhməd Əfəndi XIII əsrin (hicri) sonuncu yarısında yaşamış nəzahətpərvər şairlərimizdən biridir. Mərhumun adı Əhməd, təxəllüsü Zövqi, ləqəbi dəxi “Şikəst” idi. Şərq əhlinə məxsus və öz vaxtının bütün əməlləri ilə silahlanmış Əhməd Əfəndi qayət dərəcədə dindar, əhli-təqva və Azərbaycanda misli nadir olan füzəlardan idi, “Pürpələng” İbrahim bəy Hacı Abbasqulu ağa Qüdsi mərhumlarla müasir və Kərim Ağa Fateh ilə həməsr, hətta səmimi bir dost idi. |
Əhməd Əfəndi Zövqi 1867-ci ildə Şəkidə vəfat edib.[1]