Əhməd Yaqub oğlu Əhmədzadə (16 fevral 1946 – 25 may 2021[1])— alim, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin Travmatologiya və ortopediya kafedrasının müdiri (1998–2021). İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq etmişdir.[2]
Əhməd Əhmədzadə | |
---|---|
Əhməd Yaqub oğlu Əhmədzadə | |
Doğum tarixi | 16 fevral 1946 |
Doğum yeri | Qazax, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 25 may 2021[1] (75 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Tanınır | Respublikada ən müasir müalicə metodlarının ətrafların sınıqları zamanı tətbiq etmək professor Əhməd Əhmədzadəyə məxsusdur. İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq etmişdir. |
Əhməd Əhmədzadə 1946-cı il fevral ayının 16-da Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhər 1 nömrəli orta məktəbdə almışdır. 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1970-ci ildə buranı bitirmişdir. 1970–1973-cü illərdə təyinatla Xaçmaz rayon mərkəzi xəstəxanasında həkim travmatoloq işləmişdir.
1973-cü ildə Moskva şəhərində Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun kliniki ordinaturasına qəbul olmuşdur. 1975-ci ildə ordinaturanı bitirdikdən sonra həmin il əyani aspiranturaya daxil olmuşdur. 1978-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1979-cu ildə Azərbaycana qayıdaraq Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında assisent vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
1983–1988-ci illərdə Moskva 2 nömrəli Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında doktorantura təhsili almışdır. 1988-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə edib, yenidən Azərbaycana qayıdır. Azərbaycan Tibb İnstitutunun Travmatologiya və ortopediya kafedrasında professor vəzifəsində çalışmışdır. 1998-ci ildən ölənədək həmin kafedranın müdiri olmuşdur.
İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq edən şəxsdir.