Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Əhməd Məhəmməd Aq Amani (fr. Ahmed Mohamed ag Hamani; 1942, Qundam[d], Tombuktu[d]) — Mali dövlət xadimi və siyasətçisi. O, 2002–2004-cü illərdə Malinin baş naziri vəzifəsində çalışmışdır.[1]
Əhməd Məhəmməd Aq Amani | |
---|---|
fr. Ahmed Mohamed ag Hamani | |
9 iyun 2002 – 29 aprel 2004 | |
Əvvəlki | Mobido Keyta |
Sonrakı | Osman İssufi Maiqa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1942 |
Doğum yeri | |
Milliyyəti | tuareq |
Vətəndaşlığı | Mali |
Fəaliyyəti | diplomat, siyasətçi |
Əhməd Məhəmməd Aq Amani 1942-ci ildə, Malinin Qundam kommunasında bir tuareq ailəsində anadan olmuşdur. O, 1975-ci ildə Malinin planlaşdırma nazirinin texniki məsləhətçisi olur,[1] 7 yanvar 1978-ci il tarixində isə şirkətlərə və dövlət müəssisələrinə nəzarət naziri olaraq hökumətə qoşulur. Əhməd Məhəmməd daha sonra, 28 iyun 1979-cu il tarixində Mali hökumətində informasiya və telekommunikasiya naziri kimi çalışır. O, 2 avqust 1980-ci il tarixində isə planlaşdırma naziri təyin edilir,[2][3][4] prezident və müdafiə naziri olan Musa Traoredən sonra Mali hökumətindəki ikinci ən əhəmiyyətli şəxsə çevrilir. Əhməd Məhəmməd 31 dekabr 1984-cü il tarixində idman, incəsənət və mədəniyyət naziri, daha sonra, 6 iyun 1986-cı il tarixində isə nəqliyyat və ictimai işlər naziri olur. O, 20 yanvar 1987-ci il tarixində Mali hökumətindən ayrılır və Seneqal Çay İnkişaf Təşkilatının ali komissarı olur ki, o, 1992-ci ilə qədər orada çalışır. Əhməd Məhəmməd 1993-cü ildə Mali Prezidenti Alfa Ömər Konare tərəfindən Mərakeş səfiri təyin edilir. O, daha sonra Belçika, Niderland, Birləşmiş Krallıq, Lüksemburq və Avropa İttifaqına səfir vəzifəsini icra edir.[1][2]
Əhməd Məhəmməd Aq Amani 9 iyun 2002-ci il tarixində Malinin baş naziri təyin edilir. Bu, seçkilərdə qalib gələn Amadu Tumani Ture prezident vəzifəsinə başladıqdan sonra baş verir.[5] Bu təyinat əvvəlcə 2002-ci ilin iyul ayında keçirilmiş parlament seçkilərinə qədər müvəqqəti hesab edilirdi, lakin o, parlament seçkilərindən sonra, yəni 12 oktyabr 2002-ci il tarixində yenidən baş nazir vəzifəsinə gətirilir.[1] O, Amadu Tumani Turenin tələbi ilə 28 aprel 2004-cü il tarixində hökumətə istefa məktubu verir. Bundan sonra, 29 aprel tarixində Osman İssufi Maiqa baş nazir təyin edilir.[5][6][7]