Əhməd Qarahisari (türk. Ahmed Şemseddin Karahisari; 1468, Afyonqarahisar - 1556, İstanbul) — Osmanlı xəttatı.[1]
Əhməd Qarahisari | |
---|---|
Ahmed Karahisari | |
Doğum tarixi | |
Doğum yeri | Afyonqarahisar, Osmanlı İmperiyası |
Vəfat tarixi | (98 yaşında) |
Vəfat yeri | İstanbul, Osmanlı İmperiyası |
Fəaliyyəti | xəttat |
Stillər | Nəsx xətti və Süls xətti |
Vikianbarda əlaqəli mediafayllar |
Digər Osmanlı xəttatlarından fərqli olaraq Şeyx Həmdullah üsulunu deyil, "Yaqut-ı Mustəsımi" (Yāqūt Mostaʿṣemī Jamāl-al-Dīn Abu’l-Majd) metodunu mənimsəmiş və bu üslubun ən gözəl nümunələrini bəxş etmişdir. Süls və Nəsx yazının ən gözəl nümunələri ona aiddir. Qarahisarinin bu üslubu "Yaqut-i Rum" adlandırılmışdır. Üslubu sadəcə öz tələbələri olan bir neçə xəttat tərəfindən mənimsənmiş, digər Osmanlı xəttatları çox da maraq göstərməmişlər. Bunun ən başlıca səbəbi bütün Osmanlı xəttatlarının başçısı kimi qəbul edilən Şeyx Həmdullahın böyük təsiridir.
Ən əhəmiyyətli əsəri Qanuni Sultan Süleymanın sifarişi əsasında yazmış olduğu və hələ də Topqapı sarayında mühafizə edilən irihəcmli Qurani Kərimdir. Digər əsərləri arasında Piyalə paşa camisi yazıları və Süleymaniyyə camisindəki qübbə yazıları görülməkdədir.
Texnikası və yazıya gətirdiyi yeniliklər baxımından Şeyx Həmdullah və Hafiz Osmanla bərabər ən önəmli üç Osmanlı xəttatından biri olaraq qəbul edilir. Qarahisari üslubunun təmsilçiləri arasında Həsən Çələbi (ö. 1594), müəllimi qədər məşhur bir sənətkardır.