Əhməd Qaramanlı

Əhməd QaramanlıOsmanlı Tripolitaniyasının 45-ci paşası. Qaramanoğulları sülaləsindən idi.

Əhməd Qaramanlı
ərəb. أحمد القرمانلي
1711 – 1745
ƏvvəlkiMəhəmməd Xəlil ibn əl-Cinn
SonrakıMehmet Qaramanlı
Şəxsi məlumatlar
Doğum tarixi 1686
Vəfat tarixi
Fəaliyyəti Paşa
Uşağı Mehmet Qaramanlı

İlkin məlumat

[redaktə | mənbəni redaktə et]

Əhməd Qaramanlı Mansiya və Sahil bölgələrinin hakimi idi.[1] Tripolitaniyadakı hərc-mərclik ona müstəqil hərəkət etməyə stimul verirdi. Xalq və ordunun da dəstəyini aldığı üçün 29 iyul 1711-ci ildə Tripolitaniya deyi Məhəmməd Xəlil ibn əl-Cinn Tripolidən uzaqda olanda şəhəri ələ keçirdi və öz hakimiyyətini elan etdi. Keçmiş deyə sadiq 300 nəfər edam olundu. Osmanlı sultanı III Əhmədin ona qəzəblənəcəyini bilən Əhməd, bu şəxslərdən qarət etdiyi sərvəti sultana təklif etmiş, sultan da onu bəylərbəyi kimi tanımış və 1722-ci ildə paşa tituluna layiq görülmüşdü.

 Tripolidəki Qaramanlı məscidi
Tripolidəki Qaramanlı məscidi

Hakimiyyətinin ilk dövrləri 1711-1723-cü illər arasında BenqaziFəzzandakı üsyanları yatırtmaqla keçdi. Tripolinin divarlarını möhkəmləndirərək məscid və mədrəsə ucaltdı. Onun dövründə dəniz quldurları yenidən fəaliyyətə başladılar. Onun dövründə həmçinin Kirenaika da ələ keçirilmişdi. 1745-ci ildə vəfat etmiş, yerinə oğlu Mehmet Karamanlı keçmişdir.[2]

  1. E. Rossi. Storia di Tripoli e della Tripolitania dalla conquesta araba el 1911, Roma 1968
  2. John Wright - A History of Libya, səh. 79