Əhməd Canxotoviç Xatkov[1] (rus. Ахмед Джанхотович Хатков; 24 sentyabr 1901, Kuban vilayəti[d] – 23 dekabr 1937) — adıgey-sovet şairi.
Əhməd Xatkov | |
---|---|
Doğum tarixi | 24 sentyabr 1901 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 dekabr 1937 (36 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, şair |
Əsərlərinin dili | Aşağı Adıqca |
Üzvlüyü |
Əhməd Xatkov 24 sentyabr 1901-ci ildə Rusiya imperiyasının Kuban vilayətində anadan olmuşdur. O, 1910–1912-ci illərdə özəl məktəbdə oxumuş, ardınca Ufada təhsil almış. 1917-ci ildən sonra Qabukay kəndində müəllim işləyən Xatkov 1923–1926-cı illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil almışdır. Bundan sonra o, "Adıgeyskaya jizn" qəzetində redaktor müavini, pedaqoji texnikumda müəllim, sonra vilayət milli nəşriyyatında məsul redaktor, nəhayət, rayon xalq maarifi şöbəsində çalışmışdır. Xatkov 1926-cı ildə Sov. İKP(b) üzvü olmuşdur. O, 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü, 1934–1937-ci illərdə Adıgey Yazıçılar Təşkilatının məsul katibi olmuşdur.[2][3]
Əhməd Xatkov 23 dekabr 1937-ci ildə vəfat etmişdir.