Əbülabbas Əhməd ibn Qasım bin Məhəmməd Sasi ət-Təmimi əl-Buni (1653, Ənnabə – 1726, Ənnabə) — Hədis və fiqh alimi, şair.
Əhməd bin Qasım əl-Buni | |
---|---|
ərəb. أحمد بن قاسم البوني | |
Doğum tarixi | 1653 |
Doğum yeri | |
Vəfat tarixi | 1726 |
Vəfat yeri | |
Fəaliyyəti | islamşünas |
1063-cü (1653-cü) ildə əl-Cəzayirin şərqindəki Bunə (Annabə) qəsəbəsində doğulmuşdu. Haqqında çox az bilgi vardır. İlk təhsilini tanınmış bir hədis alimi olan atasından aldı. Daha sonra Şimali Afrikanın müxtəlif şəhərlərini, Misiri və daha başqa yerləri dolaşaraq dövrün məşhur alimlərindən qiraət, təfsir, hədis və Maliki fiqhi oxudu. Təhsil həyatını bitirdikdən sonra Bünədə yerləşərək hədis rəvayəti və kitab nəşri ilə məşgul oldu və 1726-cı ildə orada vəfat etdi.
Oğulları Məhəmməd və Əhməd də dönəmlərinin tanınmış elm adamlarındandır.
Buninin çoxu hədis ilimlərinə dair manzum və mənsur, böyüklü kiçiklü 100-dən artıq əsəri vardır. Bunları "ət-Tacrif bi-ma lil-fakiri minət-təvaiii" adlı kitabında zikr etmişdir. Adil Nüvəyhiz "Mtıccəmü aclamiI-Cəzair" adlı kitabında Bunfnin əsərlərindən qirx dörd dənəsinin adını verir. Buna görə bəlli başlı əsərləri bunlardır:
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |