Əhmədov Qədim Şahvəli oğlu

Qədim Şahvəli oğlu Əhmədov (30 yanvar 1929, Mirili, İmişli rayonu2015) — Azərbaycanın dövlət və siyasi-ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı.

Qədim Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 1929(1929-01-30)
Doğum yeri
Vəfat tarixi 2015
Dəfn yeri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Qədim Əhmədov 1929-cu ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. Əmək faliyyətinə 1947-ci ildə İmişli rayon İcrayyə Komitəsində başlamış, 1948-1951-ci illərdə İmişli rayon Partiya Komitəsində təlimatçı, 1951-1953-cü illərdə İmişli RİK-də şöbə müdürü, 1953-1955-ci illərdə İmişli rayon Komsomol Komitəsinin 1-ci katibi, 1955-1956-cı illərdə İmişli rayon Partiya Komitəsinin Qaradonlu MTS üzrə katibi işləmişdir. Bacarıqli iş fəaliyyətinə görə Bakı Ali Partiya Məktəbinə təhkim edilmiş, 1956-1960-cı illərdə Ali Partiya Məktəbində oxumuişdur. İmişli rayon Partiya Komitəsində 1960-cı ildə təlimatçı, 1961-1965-ci ilin yanvar ayına kimi 2-ci katib vəzifəsində işləmişdir. İkinci Ali təhsili Azərvaycan Xalq Təsərrüfatı İnstitutunda almışdır.

1965-ci ildən 1969-cu ilə kimi Qasım-İsmayılov rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. 1969-1981-ci ilə kimi Füzuli rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir.

Azərbaycan SSR Ali Sovetinin dalbadal 4 dəfə ( 6, 7, 8 və 9-cu çağırış) deputatı seçilmişdır.

1981-ci ildən Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı Nazirliyində Kadrlar üzrə müavin, 2008-ci ilə kimi Kadrlar İdarəsinin rəisi vəzifəsində işləmiş, 2008-ci ildən Fəxri Təqaudə layiq görülmüşdür.

İşlədiyi dövrdə bir sıra dövlət mükafatları ilə, o cümlədən, 5 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, fəxri fərmanlar və medallarla təltif edilmişdir.

2015-ci ildə vəfat etmişdir, İmişli rayon qəbrastanlığında dəfn edilmişdir

İstinadlar[redaktə | mənbəni redaktə et]