Mirili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Mirili | |
---|---|
39°54′ şm. e. 48°14′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Araz çayı boyunca Tuğay meşələri yerləşir, lakin bu meşələrin əksəriyyəti Sovet hakimiyyəti dövründə qırılmş və yerində əkin sahələri salınmışdır. Hazırda yalnız sahilboyunda qalmış meşələr isə intensiv qırılma nəticəsində məhv olmaq təhlükəsi qarşısında qalmışdır. İqlimi quraq keçən subtropik səhra iqlimidir.
Mirili kəndində torpaq tipləri Araz boyu ərazilərlə qismən ondan uzaqda bir-birindən fərqlənir. Araz boyu ərazilərdə qumsal, bu ərazilərdən 2–3 km aralı isə şorangəli torpaqlardır. Topaq fondunun bir hissəsi şoranlaşmaya məruz qalmışdır.
Kənd əhalisinin sayı 1014 nəfərdir ki, onun da 509 nəfəri kişi, 505 nəfəri isə qadındır. Əhali azərbaycanlılardan ibarətdir. Etiqad etdikləri din İslamdır.[mənbə göstərin]
Mirili kəndinin əhalisi əsasən kənd təsərrüfatının əkinçilik və heyvandarlıq sahələri ilə məşğuldur. İribuynuzlu heyvanlardan inək və camış, xırdaduynuzlu heyvanlardan isə qoyun saxlanılır. Əkinçilikdə dənli bitkilərdən buğda və az miqdarda arpa əkilir. Heyvandarlığın mövcud olması ilə əlaqədar olaraq yem bitkilərindən əsasən yonca əkilir və yonca əkinləri ən geniş sahə tutur. Pambıq təsərrüfatı son illər tənəzzülə uğramışdır, buna səbəb isə bu sahənin gəlirsiz olmasıdır. Halbuki əvvəl ən gəlirli sahə olan pambıqçılıq çox böyük sahələri əhatə etmişdi.
Kənddə Mirili kənd məscidi dini icması fəaliyyət göstərir.[2]
İmişli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |