Kot-d'İvuar

Kot-d'İvuar (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) (Fransız : Côte d' Ivoire [kot diˈvwaʀ]) — Afrika qitəsində dövlət. Ölkənin sərhəd qonşularını (şimaldan saat istiqamətində) Mali, Burkina-Faso, Qana, LiberiyaQvineyadır. Bundan başqa ölkənin cənubunda Atlantik okeanı yerləşir. Ölkənin paytaxtı Yamusukrodur.

Kot-d'İvuar
République de Côte d'Ivoire
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
"Union - Discipline - Travail"
"Birlik, İntizam və çalışqanlıq"
Tarixi
 • Müstəqillik 7 Avqust 1960
Rəsmi dilləri
Paytaxt Yamusukro (de-yure)
Abican (de-fakto)
İdarəetmə forması Respublika
Prezident Alassan Uattara[ 4.XII.2010 ~]
Sahəsi Dünyada 69-cu
 • Ümumi 322463 km²
 • Su sahəsi (%) 1,4
Əhalisi
 • Əhali 23,5 milyon nəfər (56-cı)
 • Siyahıyaalma (15.V.2014) 22.261.331 nəf.
 • Sıxlıq 72 nəf./km²
 • Ümumi 71.811.075.955 $[2], 70.018.715.017 $[2]
ÜDM (AQP)
 • Ümumi 78,6 milyard $ dollar  (92-ci)
 • Adambaşına 3 300 $ dollar  (183-cü)
ÜDM (nominal)
 • Ümumi (2008) 23,508 milyard $ dollar  (98-ci)
 • Adambaşına 1.132 $ dollar  (89-cu)
İnternet domeni .ci
ISO kodu CI
BOK kodu CIV
Telefon kodu +225
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kot-d'İvuar dövlətinin regionları

Ölkənin yerləşdiyi bölgələrdə sahib olduğu çox sayda fil səbəbiylə xvı əsrdə Portuqaliyalılar tərəfindən fil dişi əldə edə bilmək və ticarətini reallaşdırmaq adına fil ovlanmış və bir çox fil ovçular tərəfindən öldürülmüşdür. Bu hadisə səbəbi ilə ölkənin adı Fransızca Fil Dişi Sahili mənasını verən Côte d' Ivoire olaraq müəyən olunmuş, fil dişi uzun illər ölkənin ən əhəmiyyətli ixracat qaynaqlarından birini təşkil etmişdir. Ancaq ölkə adının hər bir dildə fərqli versiyalarda deyilməsi (Fil Dişi Sahili, Elfenbeinküste, Ivory Coast, Costa de Marfil və s.) və beynəlxalq sahələrdə qarışıqlıqlara səbəb olması ilə əlaqədar 1985-ci ildə dövrün dövlət başçısı Feliks Houphouët - Boigny aldığı qərar ilə ölkə adının bundan sonra yalnız Fransız halı ilə istifadə ediləcəyini və digər dillərə də çevrilməyəcəyini ifadə etmişdir.

Kot-d'İvuarın xəritəsi

Ölkənin cəmdə sahib olduğu 3.458 km sərhədin 545 km-i Burkina Faso, 720 km-i Qana, 816 km-i Qvineya, 778 km-i Liberiya və 599 km-i Mali ilə olduğu halda, ölkənin həm də Qvineya Körfəzinin qərbində Atlantik okeanına 515 km-lik sahil çıxışı var.

Ölkənin səth şəkilləri ümumi etibarilə yastı bir görünüşə sahib olmaqla birlikdə ölkənin səthi əksəriyyətlə yayla və düzənliklərdən ibarətdir. Ölkənin yalnız qərb hissələri dəniz səviyyəsindən orta hesabla 1.000 m daha yüksəkdə yerləşir. Ölkənin ən yüksək nöqtəsi Qvineya sərhədinin yaxınlığında yerləşən 1.752 m yüksəkliyə sahib olan Nimba Dağıdır. Ölkənin şimal bölgəsinin bir hissəsi Yuxarı Qvineya Yaylaları olaraq adlandırılan bölgədə yerləşir. Bundan başqa qalan bölgələrdə orta yüksəklik 200 m-dən 350 m arasında dəyişir.

Fil dişi Sahilində son olaraq 2014-cü ildə həyata keçirilən rəsmi əhalinin siyahıyaalınma nəticələrinə görə 22.671.331 əhali müəyyən edilmişdir. Bu son rəsmi siyahıyaalınma nəticəsi olub, 2015 təxmini sayma nəticələrinə görə ölkədə 23.295.302 əhali yaşadığı təxmin edilmişdir.

Fil Dişi Sahili gənc bir əhaliyə sahib olub, 2015 təxmini məlumatlarına görə əhalinin 58,89%-i 0–24 yaş aralığındadır. Ölkənin yalnız 3,34%-i 65 yaş və yuxarıdır.

0–14 yaş : 37,94% (kişi 4,456,646 / qadın 4,381,907)
15 −24 Yaş : 20,95% (kişi 2,459,156 / qadın 2,420,284)
25 −54 Yaş : 33,53% (kişi 3,997,615 / qadın 3,812,563)
55 −64 Yaş : 4,25% (kişi 495,177 / qadın 493,854)
65 Yaş və üzəri : 3,34% (kişi 375,276 / qadın 402,824)

Ölkənin tək rəsmi dili Fransızcadır. Bu dilidən başqa ölkə daxilində 77 fərqli dil danışılmaqdadır. Bu dillər arasında baule və diula ən geniş istifadə edilən dillərdir. Bundan başqa yerli etnik əsaslı Senufoca, Yacoubaca, Anyice, Attiece, Kulangoca, Tagwanaca və Lobice kimi fərqli dillərdən də istifadə edilir. Rəsmi dilidən başqa açıq ara danışıq dili Dioulacadır. Ölkə əhalisinin 61%-i bu dili bilir və danışır. Xüsusilə ölkənin şimal hissəsində geniş yayılan dil, eyni zamanda ticarət dili olaraq da istifadə edilir. Ancaq ölkənin Fransa koloniyası olmasından sonra ölkədə rəsmi olaraq istifadə dil Fransızcadır.

Ölkə daxilində İslam ən geniş yayılmış din mövqeyində olub, əhalinin 40,2%-i bu dinə inanır. Ölkənin ən geniş yayılmış ikinci din isə 38,7% ilə Xristianlıq dinidir. Bunun içərisində katolik məzhəbinə mənsub xristianların nisbəti 19,3%, protestant məzhəbinə mənsubları 19,3% səviyyəsindədir. Bu iki dindən başqa 2011–2012 məlumatlarına görə yerli Afrika dinlərinə inananlarıdan başqa hər hansı bir dinə mənsub olmadığını bəyan edən kiçik bir qrupda mövcuddur.