Əhsən Əliabbas oğlu Dadaşov (16 avqust 1924, Bakı – 30 may 1976, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1959).
Əhsən Dadaşov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 avqust 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 1976 (51 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, tarzən |
Musiqi alətləri | tar, ud |
Mükafatları |
Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində anadan olub, Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb.
1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib.
1940-cı ildə S. Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib.
Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir.
Əhsən Dadaşov çoxdan unudulmuş ud alətini 1960-cı illərdə yenidən Azərbaycan musiqisinə qaytarıb.[1]
Zərif Qayibovdan sonra "Şur" muğamının ən gözəl ifaçılarından biri onun tələbəsi Əhsən Dadaşov olmuşdur.
Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.[2][3]
Bakı televiziya studiyasının nəzdində 1960-cı ildə xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Hazırda "Xatirə" xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olmuşdur[4].
Əhsən Dadaşovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş bir sıra filmlərin musiqi müşayiətində iştirak edib.
Əhsən Dadaşov Azərbaycan Respublikasının xalq artisti Murad Dadaşovun və "KOKON" yaradıcılıq birliyinin rəhbəri Fərid Dadaşovun atasının əmisidir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |