Ögey ana (film, 1958)

Ögey ana — Rejissor Həbib İsmayılovun filmi.[2] Azərbaycanda ən populyar filmlərdən biridir.[3]

Ögey ana
Janr dram
macəra
uşaq
Rejissor Həbib İsmayılov
Ssenari müəllifləri Həbib İsmayılov, Anna Yan
Baş rollarda Nəcibə Məlikova — Dilarə
Fateh Fətullayev — Arif
Həqiqət Rzayeva — Qəmər
Ceyhun Şərifov— Dadaş
Əzizə Məmmədova — Solmaz
Hacımurad Yegizarov — Ayaz
Ələsgər Ələkbərov — Hüseyn dayı
Nəsibə Zeynalova — Fatmanisə
Şəfiqə Qasımova — Zeynəb
Ceyhun Mirzəyev — İsmayıl
S. Axundova — Cəmilə
Operator Xan Babayev
Bəstəkar Tofiq Quliyev
Rəssamlar Elbəy Rzaquliyev, Məmməd Hüseynov
İstehsalçı Bakı Kinostudiyası
İlk baxış tarixi 9 dekabr 1958[1]
Filmin növü tammetrajlı bədii film
Müddət 81,5 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili
İl 1958
Texniki məlumatlar 9 hissə
2355 metr
35 mm
Rəng ağ-qara
Çəkiliş yeri İsmayıllı rayonu, Qalacıq kəndi
IMDb ID0314342

Filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın[4] (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonunun Buynuz kəndində cərəyan edir.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • 1959-cu ildə Kiyevdə Ümumittifaq kinofestivalı
  • Film Üçüncü mükafat almışdır.
  • Film aktrisa Nəsibə Zeynalovanın kinoda ilk işidir.
  • Filmdə Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən hər iki aktyor soyuqlayıb qızdırmışdı.
  • Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər.
  • Prokata çıxdığı zaman filmə 21,8 milyon tamaşaçı baxmışdı.[5]
  • Filmin kadrlarından 1993-cü ildə İsmayılın ekran həyatının davamı olan "Fəryad" filmində istifadə olunmuşdur.[6]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Həbib İsmayılov, Anna Yan
Quruluşçu rejissor: Həbib İsmayılov
Quruluşçu operator: Xan Babayev
Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Məmməd Hüseynov
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: İlya Ozerski
Mahnıların mətni: Zeynal Cabbarzadə
Rejissor: Məmməd Əlili
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski
Çalır: Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri
Dirijor: Tofiq Quliyev
Filmin direktoru: V. Krutikov
Mahnı İfa edənlər: Şövkət Ələkbərova, Məsumə Atamova ("Kəndimiz" mahnısı)[7]
Rejissor assistenti: Ramiz Əliyev
Nəcibə Məlikova — Dilarə
Fateh Fətullayev — Arif
Həqiqət Rzayeva — Qəmər
Ceyhun Şərifov — Dadaş
A. Məmmədova — Solmaz
Hacı Murad Yagizarov — Ayaz (H. Yegiazarov kimi)
Ələsgər Ələkbərov — Hüseyn dayı
Nəsibə Zeynalova — Fatmanisə
Şəfiqə Qasımova — Zeynəb
Ceyhun Mirzəyev — İsmayıl[8]
Sevinc Axundova — Cəmilə[9]
Fərhad Bakıxanov — Səməd
Əli Qurbanov — Qurbanəli
A. Əzimova
S. Mirsadıqova
Ələkbər Hüseynzadə — Ayazın atası
Əkbər Fərzəliyev — fəhlə
A. Hüseynov
Fazil Salayev — kənd sakini (titrlərdə yoxdur)
Dadaş Kazımov — rəngsaz (titrlərdə yoxdur)
Azad Dadaşov

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Hökümə Qurbanova — Dilarə (Nəcibə Məlikova) (titrlərdə yoxdur)
Məmmədrza Şeyxzamanov — Hüseyn dayı (Ələsgər Ələkbərov) (titrlərdə yoxdur)
Əli Zeynalov — Arif (Fateh Fətullayev) (titrlərdə yoxdur)

Filmdə "İsmayıl" rolunu canlandıran Ceyhun Mirzəyev təhlükəli epizodlarda yer almayıb[10]. Onun əvəzinə dublyor çəkilib[10]. İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev Ceyhun Mirzəyevin dublyoru olub[10].

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  2. Məmmədova, Y. Çox doğmadan doğma "ögey": [Rejissor Həbib İsmayılovun "Ögey ana" filmində Xalq artisti Nəcibə Məlikovanın canlandırdığı ana obrazı haqqında] //Zaman.- 2010.- 27 may.- S. 8.
  3. Azərbaycanda ən populyar film "Ögey ana"dır //Mərkəz.- 2008.- 1 avqust.- S. 2.
  4. ""Ögey ana"nın İsmayılı "Fəryad"ın qəhrəmanı oldu" //Xalq.- 2011.- 16 aprel.
  5. DarkSite. "Самый кассовый Азербайджанский фильм" (rus). Darksite.az. 02.08.2016. 2017-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-03.
  6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 364.
  7. "Ögey ana filmindən kəndimiz mahnsının ifaçısı Atamova Məsumə". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-28.
  8. "Ögey ana"nın "fəryad" edən oğlu: Ceyhun Mirzəyev //Ekran-efir.- 2015.- 16 yanvar.- S.9.
  9. Axundova, S. "Ögey ana"nın Cəmiləsi: "Biz çaya yıxılanda artıq oktyabrın əvvəli idi, su soyuq idi…": ["Ögey ana" filmində Cəmilə rolunu ifa etmiş Sevinc Axundovanın Milli. Az-a müsahibəsi] //Ədalət.- 2015.- 29 yanvar.- S.8.
  10. 1 2 3 "Ögey ana" filmi ilə bağlı maraqlı fakt üzə çıxdı — VİDEO [ölü keçid]. azvision.az, 17.02.2018  (az.)
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 154.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 94; 118; 125–129.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Filmin musiqisi

[redaktə | mənbəni redaktə et]
Musiqi-1