Əjdər Əlizadə — şair, jurnalist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993). 2001-ci ildən “Kirpi” satira yumor jurnalının feiyeton şöbəsinin redaktorudur.
Əjdər Əlizadə | |
---|---|
Əlizadə Əjdər Cəbrayıl oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam şəhəri |
Vətəndaşlığı | Azərbaycan |
Əsərlərinin dili | azərbaycanca |
Əlizadə Əjdər Cəbrayıl oğlu 1953-cü ildə Ağdam şəhərində anadan olmuşdur. 1970-1976-cı illərdə Kirovabad Baza İnşaat texnikumu, 1976-1981 İnşaat mühəndisləri institutunda təhsil almışdır. 1982-1984 Moskva Dövlət Universitetinin nəzdində "Jurnalist Sənətkarlığı İnstitutu"nda Jurnalistika ixtisasına yiyələnmişdir. İxtisasca jurnalist, mühəndis, “Tibet” Şərq Təbabəti (Nəbzlə diaqnostika və təbii üsullarla müalicə) mütəxəssisidir. Beynəlxalq PULSE ACADEMY - nin üzvü, İSR PHARMACEUTİCALS Beynəlxalq Şirkətin 2009-dan bəri Azərbaycan Respublikası üzrə rəsmi nümayəndəsi.
Yazıları “Trud”, “İnşaatçı”, “Xalq”, Ağdamın “Lenin Yolu” qəzetlərində dərc olunmuş, oçerk və reportajları Ağdam Yerli Radio Verilişləri Redaksiyasında mütəmadi səsləndirilmişdir. Gündəlik çıxan “İki Sahil” qəzetində işlədiyi 4 il ərzində 2 mindən çox məqalələri dərc olunmuşdur. 2001-ci ildən “Kirpi” Satira Yumor Jurnalında feiyeton şöbəsinin redaktorudur. 1983-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1993-cü ildən isə Azərbaycan Jurnalistlər birliyinin üzvüdür. Həsənbəy Zərdabi adına Diplom (2003) və “Qızıl Qələm” Fəxri Media Mükafatı (1983, 2003) laureatıdır. Tikinti sahəsində Səmərələşdirici təkliflər müəllifidir. “Sevgi də bir dünyadır” – adlı sevgi şeirləri kitabının müəllifidir. “Qəzəllər” – müəllifin sayca ikinci kitabıdır. Sayca üçüncü - “Vətənimi sevə-sevə yaşadım” adlı kitabı çapa hazırdır.