Əjdahan mağarası — Sədərək rayonunun Sədərək kəndindən şimalda, qayalığın içərisində arxeoloji abidə.
Əjdahan mağarası | |
---|---|
Ümumi məlumatlar | |
Uzunluğu | 12 m |
Dövrü | III-VIII əsrlər |
Tipi | karst |
Vəziyyəti | Dağıdılmış |
Yerləşməsi | |
39°42′ şm. e. 44°54′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
Rayon | |
Kənd | Sədərək |
|
Yaxınlığında yeddi ildən bir qaynayıb çıxan Cincili bulaq var.mağaranın uzunluğu 12 metr, eni 3–4.5 metr, hündürlüyü 2–2.5 metr arasındadır. Mağaranın üzərinə mərmi düşdüyündən onun tavanının bir qismi dağılaraq girişi tutmuşdur. Tavanı ocaq yanmasından qaralmışdır. Mağaranın ön tərəfi kiçik meydan şəklindədir. İçərisi nəm torpaq qatı ilə örtülmüşdür. Araşdırmalar zamanı mağaranın girişindən erkən orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur. Araşdırmalar mağaradan müəyyən müddət yaşayış məskəni kimi istifadə edildiyini göstərir. Burada qədim mədəniyyət izlərinin olmasının müəyyənləşdirilməsi arxeoloji araşdırmalar tələb edir. Yaşayış yerini 3–8-ci əsrlərə aid etmək olar.[1]
Sədərək rayonu Qazma mağarası Kilit mağarası