Qazma mağarası

Qazma mağarasıOrdubadŞərur rayonları ərazisində 1983-cü ildə aşkarlanmış və paleolit dövrünə aid düşərgə.

Qazma mağarası
Ümumi məlumatlar
Uzunluğu 22 m
Kəşf tarixi 1987-1990
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Şərur
Şəhər
  • Naxçıvan
Mağaradan əldə edilmiş nukleuslar (Azərbaycan Tarix Muzeyi)

Tarixi-coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb.[1]

Tədqiqi tarixindən

[redaktə | mənbəni redaktə et]

1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır. Qazıntı zamanı qalınlığı 3 m olan mədəni təbəqə aşkar edilmişdir. 6 mədəni təbəqə qeydə alınmışdır. 1-2-ci təbəqələrdən Orta əsrlərTunc-Eneolit dövrü maddi mədəniyyət qalıqları tapılmışdır.Düşərgənin aşağı təbəqələrindən isə Daş dövrü nümunələri aşkarlanıb.Qazma mağarasından aşkar olunmuş daş məmulatının hazırlanma texinkası və tipologiyası əsasında alimlər burada Mustye mədəniyyəti dövründə yaşayış olduğunu deyirlər.

Aşkarlanmış maddi mədəniyyət nümunələri

[redaktə | mənbəni redaktə et]

Mədəni təbəqələrin üçündə IV, V və VI təbəqələrdə zəngin osteoloji material, ocaq yerləri və Mustye mədəniyyətinə aid daş alətlər aşkar edilmişdir. Mustye mədəniyyətinə aid təbəqələr tərkibcə eyni olub az miqdarda əhəngdaşı çınqılının qarışığı olan yüngül gil torpaqdan ibarətdir. Kəsiklərin birində bir neçə ocaq qeydə alınmışdır. Altıncı təbəqə müxtəlif maddi mədəniyyət qalıqları ilə zəngin olmuşdur. Bu təbəqədə daş alətlərdən başqa üç tərəfdən yastı daşlarla əhatələnmiş iki ocaq aşkar olunmuşdur. Ocaqlardan xeyli qaralmış sümük tapılmışdır. Əmək alətləri əsasən obsidiandan hazırlanmışdır. Bundan başqa çaxmaqdaşı (21 ədəd) və daşlı şistdən (5 ədəd) hazırlanmış alətlərə də təsadüf olunmuşdur. Əmək alətlərinin hazırlandığı bütün daş növləri yerlidir. Xeyli miqdarda istehsal tullantısının – nukleus, qəlpə, obsidian və çaxmaqdaşı sınıqlarının aşkar edilməsi göstərir ki, daşın ilkin emalı mağarada olmuşdur. Dördüncü təbəqədən daş alətlərlə bərabər sümük alətlər də aşkar edilmişdir. Onlar biz, bıçaq, kəsici və oyucu alətlərdən ibarətdir[2].

Dövrləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Aşkar olunmuş tapıntılar göstərir ki, Qazma mağarasında Mustye dövründə uzun müddət yaşayan qədim sakinlərin əsas təsərrüfat forması ovçuluq olmuşdur.

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
  2. Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.

=