Əkrəm Gökay Yüksəl (1982, Balıkəsir ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Əkrəm Gökay Yüksəl | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Balıkəsir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1982 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Əkrəm Gökay Yüksəl 1982-ci ildə Balıkəsir ilinin Edremit ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Balıkəsirdə alıb. Muğla Universiteti Kənd Təsərrüfatı Bölməsindən məzun olub.[1]
İş adamı olaraq çalışıb.[1]
MHP üzvüdür. 2019-2023-cü illərdə MHP Balıkəsir il şöbəsinin sədri olub.[1]
2023-cü ildə MHP namizədi olaraq Balıkəsir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf Mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Evli və 2 uşaq atasıdır.[1]