Balıkəsir ili


Balıkəsir iliTürkiyənin Mərmərə və Egey bölgələrində il. İldə on doqquz ilçə var. 2008-ci il əhali sayına görə 1, 1 milyon şəxslə Türkiyənin ən sıx 17-ci ilidir. Sahəsi 14,5 min km²-dir. İnzibati mərkəzi Balıkəsir şəhəridir. Qərbi, cənub-şərqi və şərqi dağlıqdır (Kaz d.– 1774 m).

Balıkəsir ili
Balıkesir ili

40° şm. e. 28° ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Balıkəsir
Tarixi və coğrafiyası
Sahəsi
  • 14.442 km²
Əhalisi
Əhalisi
  • 1.175.324 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu TR-10
Telefon kodu 266
Poçt indeksi 10000–10999
Avtomobil nömrəsi 10
Rəsmi sayt
Balıkəsir ili xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlin bir qismi Mərmərə regionunda, bir qismi Egey regionundadır. Balıkəsirin həm Mərmərə dənizinə, həm də Egey dənizinə sahili var. Ərazisinin səthi çay dərləri ilə kəskin parçalanmışdır. Balıkəsir Ağ dəniz iqliminin təsiri altındadır; yayı quraq və isti, qışı soyuq və qarlı keçir. Yağıntının illik miqdarı 500–1000 mm. Çayları: Gönən, Qocaavşar və s. Böyük gölü Masyasdır. İqtisadiyyatını mədən sənayesi, zeytun istehsalı (Türkiyə üzrə 45%), heyvandarlıq (qoyun, keçi, kəl) təşkil edir. Turizm inkişaf etmişdir. Faydalı qazıntıları: bor duzu, dəmir, qurğuşun, sink, manqan, daşduz, volfram, molibden, liqnit, mərmər. [3]

Tarixdə ümumiyyətlə MisyaQarasi adlarıyla bilinən Balıkəsir bölgəsi, zamanla Roma, Bizans, Anadolu Səlcuqlu, Qarasi BəyliyiOsmanlı suverenliyində qalmışdır. İlin əsas dolanışıq qaynağı əkinçilik və heyvandarlıq olub bamya, börülce, qovun, zeytun, zeytun yağı, pendir kimi zirai məhsulları ilə ayrıca daha çox yerli turizmdə qarşıya çıxan sahil qəsəbələriylə məşhurdur.

Bu gün ildə bir çox ilk və orta dərəcəli məktəb var. Balıkəsir ilindəki ən köhnə təhsil müəssisələri olan mədrəsələr Fateh Sultan Məhəmməd dövründə qurulmuşdur. Medrəsələrin sayı zamanla artmış, bunun yanında məktəblər də qurulmuşdur. Ildəki Balıkəsir Universiteti isə 11 iyul 1992-cu il tarix və 21281 saylı Rəsmi Gazete-də nəşr olunan 3837 saylı Qanun gereğince qurulmuş və 1 yanvar 1993-cu ildə hüquqi statusunu qazanmışdır.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Turkish Statistical Institute. 1926.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 123. ISBN 978-9952-441-07-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]