Ələddin Əsgərov

Ələddin Abdulla oğlu Əsgərov (1926, Gəncə) — professor.

Ələddin Əsgərov
Ələddin Abdulla oğlu Əsgərov
Doğum tarixi 1926
Doğum yeri
Elm sahələri kənd təsərrüfatı[d], baytarlıq[d]
İş yeri
Təhsili

Ələddin Abdulla oğlu Əsgərov 1926-cı ildə Gəncə şəhərində anadan olub. 1942-ci ildə o, Gəncə şəhərində 1 saylı orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indi Azərbaycan Dövlət Aqrar Universiteti adlanır) baytarlıq təbabəti fakültəsinə daxil olmuşdur. 1947-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq keçmiş Səfərəliyev rayonunda (indi Samux) baş həkim işləmişdir. 1948-ci ildə AKTA-nın Mikrobiologiya kafedrasının aspirantı olmuşdur. 1951-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.[1]

Azərbaycan Dövləq Aqrar Universitetinin məzunu olan Ə. Əsgərov, 62 il bu universitetdə çalışıb. O, əsasən kənd təsərrüfatı, xüsusilə baytarlıq sahəsi üzrə elmi naliyyətlər əldəedib.

Təxminən 400-dən çox elmi dərsliklərin və əsərlərin müəllifi olan professor Ələddin Əsgərovun hazırladığı 12 aspirantı elmlər namizədi elmi dərəcəsin alıb. İki yetirməsi isə elmlər doktorudur.

Ölkə başçısı Azərbaycan Dövlət Aqrar Universitetin professoru Ələddin Əsgərova prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev çərşənbə axşamı təhsil sahəsində səmərəli fəaliyyətinə görə Ələddin Abdulla oğlu Əsgərova Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Cəfakeş alim". 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.