Ələddin Quliyev

Ələddin Musa oğlu Quliyev(30 iyul 1927, Gəncə1983, Bakı) — kimya elmləri doktoru (1967), professor (1968), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1980).[1][2]

Ələddin Quliyev
Doğum tarixi 30 iyul 1927(1927-07-30)
Doğum yeri
Vəfat tarixi 1983
Vəfat yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi
Elmi adları
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları "Şərəf nişanı" ordeni

Ələddin Quliyev 1927-ci il iyulun 30-da Gəncə şəhərində anadan olub. Ali təhsilini 1949-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mühəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirib.[1][2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ələddin Quliyev 1955-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1968-ci ildə professor elmi adını alıb. 1972-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Alim 300-ə yaxın elmi əsərin, o cümlədən 5 monoqrafiya, 70 mü­əlliflik şəhadətnaməsinin və patentin müəllifidir. O, dəfələrlə Beynəlxalq və Ümumittifaq konqres və simpo­zium­larda iştirak edib. Ələddin Quliyevin rəhbərliyi ilə 15 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib.[1][2]

Ələddin Quliyevin elmi fəaliyyəti əsasən neftqazın kimyəvi emalı nəzə­riyyəsi və texnologiyası məsələlərinə həsr edilib. Onun rəhbərliyi ilə hərəkət edən sorbent təbəqəsində maye karbo­hid­rogen­lərdən normal parafinlər alınması texnologiyası hazırlanıb, çoxkom­ponentli qaz sistemlərini fasiləsiz adsorbsiya-xromotoqrafiya üsulu ilə ayır­manın nəzəri əsasları müəyyənləşdirilib. O, hidrogen qazlarının qurudulması, təmizlənməsi, emalı və nəqlə hazır­lanmasında istifadə olunan metil spirtinin tutulması və regene­ra­siyasına dair təklif verib, qazları təmizləmək, qurutmaq və tərkib hissələri­nə ayırmaq üçün fasiləsiz adsorbsiya üsulunu işləyib hazırlayıb. Onun sintez etdiyi "ВНИПИ-ГАЗ-1" tipli aşqar növü qaz emalı qurğu­larında kö­pük­lənmənin qarşısını alır.[1][2]

Alimin rəhbərliyi ilə aparılan elmi tədqiqatlar keçmiş SSRİ qaz sənaye­sinin elmi-texniki inkişafının istiqamətlərini müəyyənləşdirərək nəti­cədə yeni adsorbentlər, səthi-aktiv maddələr, korroziyaya qarşı aşqarlar, polimer kom­po­zisiyaları, köpüklənmənin qarşısını alan reagentlər, kombinə xassəsinə ma­lik uducular işlənib hazırlayıb və respublikada, Orta Asiyada, Ukraynada, Orenburqda, Uzaq Şərqdə tətbiq edilib. Onun rəhbərliyi ilə adsorbsion-katalitik proses işlənib hazır­lanıb və onun vasitəsi ilə qazların tərkibindəki kükürdlü birləşmələrdən sərbəst kükürd alınıb.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ələddin Quliyev 1959-1965-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1965-1974-cü illərdə Ümumittifaq Elmi Tədqiqat Qaz İnstitutunun (ÜETQİ) Azərbaycan filialının direktoru və 1974-1979-cu illərdə ÜETQİ əsasında yaradılmış Təbii Qazın Nəqlə Hazırlanması və Emalı üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru olub. O, 1979-1983-cü illərdə ADNA-da yeni yaratdığı kafedra müdiri vəzifələrində çalışıb.[1][2]

Akademik Ələddin Quliyev 1983-cü ildə Bakıda vəfat edib.[1][2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Ələddin Quliyev "Qaz sənayesinin əlaçısı" döş nişanı, Qaz sənayesinin "Fəxri işçisi" adına layiq görülüb, "Şərəf nişanı" ordeni, Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.[1][2]

  1. 1 2 3 4 5 6 7 8 "Quliyev Ələddin Musa oğlu" (Azərbaycan). science.gov.az. 17-09-2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 "QULİYEV ƏLƏDDİN MUSA OĞLU" (az.). nkpi.az. 2016-08-15. 2019-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-18.