Ələkbər İmaməliyev

Ələkbər İmaməliyev (3 dekabr 1966) — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi.

Ələkbər İmaməliyev
Şəxsi məlumatlar
Tam adı Ələkbər Əbdülbağı oğlu İmaməliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (56 yaş)
İdman növü Taekvondo

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələkbər Əbdülbağı oğlu İmaməliyev 1966-cı il dekabrın 3-də anadan olub.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Ələkbər İmaməliyev 1996-cı ildə Finlandiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da o, bu idman növü üzrə Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı idmançı oldu.

Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışan Ələkbər İmaməliyev 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 2016-cı ildə isə "Tərəqqi" medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Taekwondodata.com idman portalı. "ƏLƏKBƏR İMAMƏLİYEV". www.taekwondodata.com (ing.)). 20.08.2022. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2022.