Ələkbər İsmayılov

Ələkbər Əhəd oğlu Ismayılov — Naxçıvan Səhiyyə naziri

Ələkbər İsmayılov
Ələkbər Əhəd oğlu Ismayılov
bayraq
Naxçıvan Xalq Səhiyyə naziri
bayraq2
1944 – 1953
ƏvvəlkiHəmid Əsədov
SonrakıHüseyn Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi 1909
Doğum yeri
Vəfat tarixi 1983

Ələkbər Əhəd oğlu İsmayılov 1909-cu il fevral ayının 25-də Göyçay şəhərində anadan olub. O, çox gənc yaşlarında əmək fəaliyyətinə başlayıb. 1923–1931-ci illərdə respublikanın rayonlarında komsomol işində işləyib. Ə. Ə. İsmayılov 1931-ci ildə Azərbaycan Tibb institutuna daxil olub və 1936-cı ildə institutu bitirib.1936–1938-ci illərdə o, İsmayıllı rayon xəstəxanasının baş həkimi, səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ə. Ə. İsmayılov 1938-ci ilin oktyabr ayında Göyçay şəhərinə dəyişilmiş və burada əvvəlcə poliklinikada terapevt, sonra poliklinikanın şöbə müdiri, daha sonra isə 1939-cu ilin noyabr ayından 1942-ci ilin yanvar ayına qədər Göyçay rayon səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ə. Ə. İsmayılov 1942-ci ilin yanvarında Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında tibbi kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilir. Bu vəzifədə iki il işlədikdən sonra o, 1944-cü ilin yanvar ayında Naxçıvan MSSR Xalq Səhiyyə komissarı vəzifəsinə təyin edilir və burada təqribən 10 il, 1953-cü ilin iyunayının 30-na kimi nazir vəzifəsində işləyir. Ə. Ə. İsmayılov 1953-cü ilin iyul ayında Bakı şəhərinə dəyişilir və Semaşko adına xəstəxananın baş həkimi vəzifəsinə təyin edilir. O, bu vəzifədə 13 il işlədikdən sonra 1966-cı ilin oktyabr ayında Azərbaycan Səhiyyə nazirliyinin əmri ilə nazirliyin 4-cü idarəsinin Zuğulbada yerləşən istirahət evinə müdir təyin edilir. 1967-ci ildə bu istirahət evi Pansionat adlandırılır. O, bu vəzifədə 1970-ci ilin fevral ayının 4-nə kimi işləyir, sonra 1970-ci ilin fevralında 5№-li sanatoriyaya baş həkim təyin olunur. Ə. Ə. İsmayılov 1971-ci ilin oktyabr ayında 4-cü idarənin Mərdəkandakı 3№-li xəstəxananın baş həkiminin müavini vəzifəsinə dəyişilir və bu vəzifədə ömrünün axırına kimi işləyir. Ə. Ə. İsmayılov həkimlik fəaliyyəti illərində səhiyyə sahəsində çox səmərəli işlər görüb. O, Göyçayda səhiyyə şöbəsinin müdiri işlədiyi illərdə onun təşəbbüsü və səyi nəticəsində Göyçayda çox nəcib və diqqətə layiq bir iş başlandı: yaşayış yerlərinin qaydaya salınması və təmizlik uğrunda kütləvi hərəkat, əhalinin özfəaliyyəti, sağlamlığın qorunması uğrunda yeni mərhələ oldu. Göyçay tibb işçilərinin bu təşəbbüsü ilə partiya və Sovet orqanlarının rəhbərliyi altında 1940–41-ci illərdə yaşayış yerlərinin sanitar abadlaşdırılmasında kütləvi iş genişləndi. Azərbaycan Xalq Səhiyyə Komissarlığı təşəbbüsü bəyənərək bu təcrübənin Azərbaycanın bütün rayonlarına yayılması haqqında 1940-cı il iyul ayının 27-də 1022 №li əmr imzaladı. Əmrdə yuxarıda göstərilən tədbirlərlə yanaşı yoluxucu xəstəlikləri aşkar etmək, tapılan xəstəlikləri aradan qaldırmaq və qoruyucu peyvəndlər aparmaq məqsə-dilə bütün əhalinin başdan-başa kütləvi müayinəsini təşkil etmək tövsiyə olunurdu. Qeyd etmək lazımdır ki, bir il ərzində respublikada Göyçay hərəkatını həyata keçirmək nəticəsində çox böyük iş görüldü, amma təəssüflər olsun ki, faşist Almaniyası bu işi yarımçıq qoydu. Ə. Ə. İsmayılov Naxçıvanda işlədiyi 10 il ərzində də az iş görməmişdir. Xüsusən müharibənin ağır illərində ondan daha çevik işləmək tələb olunurdu. Müharibənin o ağır günlərində Xalq Səhiyyə komissarı kimi respublikada sanitariya işlərini tələb olunan səviyyədə saxlamaq və yoluxucu xəstəliklərin yayılmaması üçün təsirli tədbirlər gördü. Səhiyyə Komissarlığında və onun yerli orqanlarında epidemiyaya qarşı yaradılan fövqəladə komissiyalarınişini canlandırdı. Ə. Ə. İsmayılov 1944-cü ildə direktiv sənədlərə əsasən tədbirlər hazırlayıb həyata keçirmişdi. Bunun nəticəsində uşaq tərbiyə ocaqları genişləndirilmiş, qadınlara və uşaqlara tibbi xidmət yaxşılaşdırılmışdır. Uşaq xəstəxanalarında çarpayıların sayı artırılmış, körpə evlərinin, yay sağlamlıq meydançalarının şəbəkəsi genişləndirilmiş, daimi yaslilərin sayı 9-dan 14-ə çatdırılmışdır. Diaqnostik laboratoriyalar, fizioterapevtik və rentgen kabinələri açılır, onkoloji dispanser təşkil edilir. 1945–1953-cü illərdə 2 dəfə, onlarda çarpayıların sayı 1,5 dəfə artır. Xüsusən müxtəlif ixtisaslaşdırılmış şöbələr yaradılır. Tibbi kadrların da sayı çoxalır: həkimlərin sayı 2,4 dəfə, orta tibb işçilərinin sayı 2,5 dəfə artır. Ə. Ə. İsmayılovun təşəbbüsü ilə daha bir neçə obyekt təşkil edilib. Məsələn, 1947–1953-cü illərdə Naxçıvan şəhərində qadın məsləhətxanası, rayonların hamısında uşaq və qadın məsləhətxanaları, sanepidstansiyalar, 13 kənddə xəstəxana təşkil edilib. Respublikada vərəmə, traxomaya, malyariyaya, dəri-zöhrəvi xəstəliklərinə qarşı mübarizəni gücləndirmək məqsədilə nazirliyin kollegiya iclaslarında bu haqda dəfələrlə məsələ müzakirə edilib və müsbət nəticə alınıb. Ə. Ə. İsmayılovun səmərəli fəaliyyəti dövlət tərəfindən dəfələrlə qiymətləndirilib. O, "Şərəf nişanı" ordeni (1945, 1960), "Qırmızı Əmək Bayrağı" ordeni (1949), "Qafqazın müdafiəsi" (1945), 2 dəfə "Almaniya üzərində qələbə" (1946, 1949) medalları ilə, "Səhiyyə əlaçısına" nişanı ilə təltif edilib. Ona Azərbaycan SSR-in əməkdar həkimi adı verilib. Ə. Ə. İsmayılov habelə bir sıra ictimai işlərdə də fəal iştirak edib. Ə. Ə. İsmayılov 1983-cü il iyun ayının 5-də vəfat edib.