Ələkbər Məmmədxanov

Məmmədxanov Ələkbər (1875, Naxçıvan – 1920, Bakı) – dövrünün ziyalısı, Zaqafqaziya (Qori) Müəllimlər seminariyasında təhsil almışdır. Mühəndis.

Mirzə Ələkbər Məmmədxanov
Məmmədxanov Ələkbər Kərbəlayi Hüseynqulu
Doğum tarixi
Doğum yeri Naxçıvan
Vəfat tarixi
Vəfat yeri Bakı
Fəaliyyəti mühəndis

1884-cü ildə Qori Müəllimlər Seminariyasına daxil olmuş, lakin təhsil haqqını ödəyə bilmədiyindən seminariyadan çıxarılmışdır.

Sonralar Xarkov Universitetində təhsil alaraq mühəndis ixtisası qazanmış, Bakıda Musa Nağıyevin şirkətində neft mühəndisi işləmişdir.

Bəhailik təriqətinin tarixi və fəlsəfəsini öyrənmiş, bu sahədə Qafqazda çap olunmuş əsərləri, o cümlədən Atropet adlı müəllifin "İmamat" kitabını avtoqrafla məşhur rus yazışısı Lev Tolstoyagöndərmişdir.

L.Tolstoy şəxsiyyətinə, irsinə və fəlsəfi görüşlərinə rəğbət bəsləmiş, onunla məktublaşmışdır.

Şeyx Bəhaullanın "İşıq" əsərini və bir sıra digər əsərləri rus dilinə tərcümə edərək Yasnaya Polyanaya göndərmişdir.