Molla Nəsrəddin

Bu məqalə Molla Nəsrəddin haqqındadır. Digər mənalar üçün Nəsrəddin səhifəsinə baxın.

Molla Nəsrəddin (az.-əski. ملانصرالدین‎) və ya Xoca Nəsrəddin (osman. الدین خواجه; 12081284[1], Akşehir, Konya ili) — Rum sultanlığı dövründə Xorto və Ağşəhər yaxınlıqlarında yaşamış əfsanəvi şəxs.

Molla Nəsrəddin
Nəsruddin Nüsrət
Nəsrəddin Xocanın təsvir edildiyi XVII əsrə aid miniatür.
Nəsrəddin Xocanın təsvir edildiyi XVII əsrə aid miniatür.
Doğum tarixi 1208
Vəfat tarixi 1284[1]
Vəfat yeri
Uşaqları iki qız ve bir oğlan: Fatime ve ya Xatun, Dürrü Mələk, Ömər
Atası Abdulla və ya Şəmsəddin (Tarixi mənbələrə görə atasının adı Abdulla, qızlarından birinin adı Fatimə olaraq qəbul edilmişdir. Yeni tədqiqatlar nəticəsində atasının adının Şəmsəddin, Fatimə olaraq bilinən qızının adının isə Xatun olduğu irəli sürülmüşdür).
Fəaliyyəti qazıfilosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsasən hazırcavablıq və yumor anlayışlarının ağıllı bir şəxs olaraq əks etdirildiyi hekayələrlə tanınan Xoca Nəsrəddinin həqiqətən yaşayıb-yaşamadığına, yaşasa da həqiqi şəxsiyyətinin kim olduğuna dair müzakirələrin olması ilə yanaşı həqiqi bir tarixi şəxsiyyət olduğuna dair bəzi mənbələr mövcuddur. Bu mənbələrdən əldə edilən məlumatlara əsasən 1208-ci ildə Xorto kəndində anadan olmuş Xoca Nəsrəddin burada əsas təhsilini aldıqdan sonra Sivrihisar mədrəsəsində biliklər mənimsəmiş, atasının ölümündən sonra öz kəndinə geri dönərək, burada kənd şeyxülislamı vəzifəsinə təyin olunmuşdur. Bir müddət sonra Xoca Nəsrəddin dövrün sufist düşüncə mərkəzlərindən olan Ağşəhərə gəlmiş, Mahmud-i Heyraninin dərvişi olaraq Mövləvilik, Yəsəvilik və ya Rifailik təriqətlərinə mənsub olmuşdur. Ağşəhərdə mülki vəzifələri üzərinə götürən və eyni zamanda Ağşəhər yaxınlıqlarındakı ərazilərdə də qısa müddətli yaşadığı düşünülən Xoca Nəsrəddinin 1284-cü ildə Ağşəhərdə vəfat etmiş, hal-hazırdakı Nəsrəddin Xoca türbəsində dəfn edilmişdir. Deyilənlər, hekayələr ətrafında inkişaf edən əfsanəvi şəxsiyyət Xoca Nəsrəddinin ölümü ilə eyni əsr ərzində ortaya çıxmış Nəsrəddin Xoca adının həsr edildiyi abidələr əsrlərlə onlarla ifadə edilən rəqəmlərdən minlərə qədər yüksəlmişdir. Əsasən hazırcavab bir şəxs olaraq əks etdirildiyi hekayələrlə yanaşı eləcə də Nəsrəddin Xocanının mənasız sözlər söyləyən ağıldan kəm biri olaraq təqdim edildiyi özündə fərqli şəxsiyyət xüsusiyyətlərini saxlayan hekayələrdə mövcuddur.

1208-ci ildə qədim Xorto kəndində anadan olmuşdur. Kiçik Asiyada Konya sultanlığının quberniyası sayılan, o qədər də böyük olmayan Ağşəhərdə yaşamışdır. Atası Abdullah məsciddə axund olmuşdur. O özü Kayseri şəhərinin mədrəsələrinin birində müəllim işləmişdir. Bu məktəb Səlcuqilər dövründə ruhani məktəb kimi məşhur olmuşdur. Xalq arasında intellektuallaşdırılmış davranışa meylliliyinə görə böyük populyarlıq qazanmışdır. Müəyyən dövrdə Nəsrəddin məsul ruhani vəzifəsini – qazi vəzifəsini yerinə yetirmişdir. Vətəndaş işlərinə baxılmasında şəriət hakimliyini icra etmişdir. Onun həyatı Səlcuqilər sülaləsinin süqutu, monqol ağalığının başlanması dövrünə təsadüf edir. O həm şair, həm dərviş olmuşdur. Onun şeirləri zəmanəmizə qədər gəlib çatmışdır. Nəsrəddin diribaş, fərasətli adam olmuşdur. Onun üçün çətin situasiya anlayışı nadir hallarda mümkün ola bilərdi. Hər hansı bir hadisəni o, istədiyi kimi yoza bilmişdir. Onun koordinat şəbəkəsi hərəkətli və çevik olmuşdur.

Türk dünyasında

[redaktə | mənbəni redaktə et]

Molla Nəsrəddin müxtəlıf türk ellərində müxtəlif adlarla məşhur olmuşdur. Türkiyedə hələ qədim dövrlərdən başlayaraq elm və maarif adamına hörmət əlaməti olaraq ona "Xoca" deyərək müraciət etdirdilər. Bu ənənə indi də qalmaqdadır. 1935-ci ildən bütün titul və dərəcələr - bəy, əfəndi, paşa, xoca, ağa və s. ləğv edildi. Kişilər üçün "bay", qadınlar üçün "bayan" sözləri müəyyənləşdirildi. Lakin, "səməd" sözü Azərbaycanda indi də hörmət əlaməti olaraq müəllim və alimlər arasında geniş surətdə işlədilir.

Əfəndi isə hələ yunanlardan götürülmüş savadlı adamlara müraciət forması kimi saxlanılmaqdadır. Taciklər arasında "əfəndi", Özbəklərdə isə "əpəndi" kimi işlədilir. Orta Asiyada Nəsrəddin "əfəndi" kimi tanınır. Azərbaycanda isə "molla" ləqəbi ilə məşhurdur.

Müdriklik sindromu

[redaktə | mənbəni redaktə et]

Bəşəri planda Nəsrəddini "müdriklik sindromu" daim müşayiət etmişdir. Bu ağlın xüsusi vəziyyətidir. Qavranılan hər şeyi işıq filtrindən keçirir. Bu cür insanlar onlarla baş verənlərin paradoksalizmini, ziddiyyətlərin tendensiyalılığını hiss edir və özlərini qaydalardan qaçanlar kimi göstərirlər. Uşaqlıq illərində Nəsrəddinin atası nə deyirmişsə, o əksinə edərmiş. Ona görə də atası həmişə sözü əksinə deyirmiş ki, oğlu da tərsinə eləməklə, işlər düz getsin. Bu isə həmişə belə gedə bilməzdi. Həyat Nəsrəddini müdrik etməklə dünyaya çox şey vermişdir.

Xoca Nəsrəddinin tarixi haqqında ilk məcmuə XVI əsrin əvvəllərində Türkiyədə yazıçı və şair Lamii tərəfindən tərtib olunmuşdur. Lamii 1531-ci ildə ölmüşdür. Onun kompilyasiyası (müstəqil tədqiqat aparılmadan, başqalarının əsərlərindən istifadə yolu ilə düzələn əsər və onun bu əsər hələ indiyə qədər çap olunmamışdır ) ərəb, fars mənbələrini, həm də təkcə yazılı deyil, eyni zamanda şifahi ərəb mənbələrini özünə daxil etmişdir. XIX əsrdən Nəsrəddin lətifələrinin çap olunması tarixi başlanır. Əvvəl İstanbulda (1837-ci ildə) və sonra Bulakda Nəsrəddin yaradıcılığının mətbəə nəşrlərinin əsası qoyulmuşdır. Nəsrəddinin uydurma şəxsiyyət olduğunu deyənlər bir şeyi unudurlar ki, hər şeyi uydurmaq olar, müdrikliyi isə uydurmaq qeyri mümkündür. Müdriklik konkret insanı – müdriki tələb edir. Qabaqcıl, o cümlədən müdrik və təhsilli adamlar uşaqlarla həmişə mehriban olmuşlar. Nəsrəddində belə bir müdrik şəxsiyyətlərdən biri olmuşdur. Uşaqlar çətinlik olan kimi Nəsrəddinin yanına qaçar, ondan yardım alırdılar.

Güldürə-güldürə düşünməyə məcbur edir

[redaktə | mənbəni redaktə et]

Sosial mövqeyinə gəldikdə Nəsrəddin burada öz ağlı ilə adamları heyrətə qoyur. O, çəkinmədən hökmdarların üzünə onların günahlarını demişdir. Bir sözlə, bütün dünyanın sevdiyi türk oğlu, müdrik insan Xoca, molla, əfəndi, əfəndi Nəsrəddin 800 ildir ki, bəşəriyyəti güldürür və güldürə-güldürə düşünməyə məcbur edir.

Bu gün Orta Asiya adlandırılan qədim TürkistandaAzərbaycanda,Türkiyədə, Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəzdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.

Molla Nəsrəddin müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada - Türkistanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var.

Molla Nəsrəddinin lətifələrindəki insanı heyrətə salan yığcamlıq və məntiq indiyədək tam araşdırılmayıb. Dünyada Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə, heyrətə salan elmi, fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin böyüklüyü də məhz bundadır.

  1. Nəsrəddin Buxarada (film, 1943)
  2. Nəsrəddinin macəraları (film, 1946)
  3. Nəsrəddin Xoca və Teymurləng (film, 1954)
  4. Nəsrəddin Xocəntdə, yaxud Məftun olmuş Şahzadə (film, 1959)
  5. Nəsrəddin Xocanın 12 məzarı (film, 1966)
  6. Halva dadı (film, 1975)
  7. Nəsrəddinin ilk məhəbbəti (film, 1977)
  8. Daha nəşəli bax (film, 1982)
  9. Nəsrəddin Xoca (film, 1982)
  10. Nəsrəddin Xocanın qayıdışı (film, 1989)
  11. Nəsrəddin Xoca və Əzrayıl (film, 2004)

Qeydlər Teymurləng

[redaktə | mənbəni redaktə et]


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]