Ələkbər Qəmərli

Ələkbər Yusif oğlu Qəmərli (12 dekabr 1950, Naxçıvan) — Azərbaycan Respublikası İqtisad Məhkəməsi sədrinin birinci müavini; Birinci ixtisas dərəcəli hakim (1993).

Ələkbər Qəmərli
Şəxsi məlumatlar
Doğum tarixi 12 dekabr 1950(1950-12-12) (73 yaş)
Doğum yeri
Təhsili
  • Naxçıvan şəhər 1 saylı orta məktəbi[d] (–1967),
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (19721976),
  • SSRİ Ədliyyə Nazirliyinin ədliyyə işçilərinin Ümumittifaq Təkmilləşdirmə İnstitutu[d] (19841984),
  • SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyası[d] (19891989)
Fəaliyyəti hüquqşünas, arbitr, hakim

12 dekabr 1950-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. 1967-ci ildə Naxçıvan şəhəri 1 saylı orta məktəbi bitirmişdir. 1969–1971-ci illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmət etmişdir. 1972–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1984-cü ildə SSRİ Ədliyyə Nazirliyinin ədliyyə işçilərinin Ümumittifaq Təkmilləşdirmə İnstitutunda ixtisasını artırmış, 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasının dövlət idarəçiliyi ali rəhbər işçilərinin ixtisasartırma instututunu bitirmişdir.

1976-cı ildən 1981-ci ilədək Azərbaycan SSR Ədliyyə Nazirliyində baş məsləhətçi, 1981-ci ildən 1987-ci ilədək isə Azərbaycan SSR Dövlət Arbitrajında dövlət arbitrı vəzifələrində işləmişdir.

30 dekabr 1987-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan SSR Baş Dövlət Arbitrının müavini, 1992-ci ilin iyun ayından Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin birinci müavini[1], 1995-ci ildən isə Azərbaycan Respublikası İqtisad Məhkəməsi sədrinin birinci müavini seçilmişdir.

6 dekabr 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə qanunla hakimlər üçün müəyyən olunmuş birinci ixtisas dərəcəsi verilmişdir.[2]

2000-ci ilin iyul ayında səlahiyyət müddəti bitdiyi üçün vəzifədən azad olunmuşdur.

2000–2010-cu illərdə "BM" və "Lekx" hüquq firmalarında və "Sabina" MMC-də Baş direktorun hüquq müşaviri vəzifələrində çalışmışdır.

Ailəlidir, 3 oğlu, 8 nəvəsi var.

  1. "Ə. Y. Qəmərlinin Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin birinci müavini və V. C. Kamalovun Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin müavini seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 iyul 1992-ci il tarixli 203 nömrəli qərarı" (az.). e-qanun.az. 1992-07-08. 2024-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  2. "Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 6 dekabr 1993-cü il tarixli 766 nömrəli qərarı" (az.). e-qanun.az. 1993-12-06. 2024-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.