Ələkbər Salahzadə (15 mart 1941, Cimi, Quba rayonu – 1 sentyabr 2013[2]) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), Rəsul Rza adına mükafat laureatı (2002), Əməkdar incəsənət xadimi (2005). [3]
Ələkbər Salahzadə | |
---|---|
Ələkbər Baba oğlu Məmmədsalahlı | |
Doğum tarixi | |
Doğum yeri | Cimi, Quba rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat səbəbi | ürək tutması [1] |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | şair |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), baş redaktor (1992-2004), "Qobustan" jurnalının baş redaktoru (2004) vəzifəsində çalışmışdır. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bədii tərcümə ilə də ardıcıl məşğul olur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. "Kölgədən qorxan" (1983) Şəki, "Yayın qış gecələri" (1985) Sumqayıt, "Nağaraçı naxırçı" (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.[3]
(ruscadan)