Cimi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Cimi | |
---|---|
41°03′21″ şm. e. 48°34′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.282 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1209 (2009) nəfər |
Digər | |
[http:// ] | |
Cimi oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cemi adlandırılmışdır. Əslində isə kənd öz adını ərazidəki min. bulaqların adından almışdır.[1]
Qədim tarixə malik Cimi kəndinin əhalisini tatlar təşkil edir. Sayları təxminən 1000 nəfərə yaxındır. Əhali əsasən heyvandarlıqla, xalçaçılıq, toxuculuq, arıçılıqla məşğul olur. 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1209 nəfər əhali yaşayır.[2]
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[3] ilə Quba rayonu Cimi kənd 80 şagird yerlik modul tiplitam orta məktəbin quraşdırılması üçün 390 000 manat vəsait ayrılmışdır[4].
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |