Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Ələmdar Abdullayev (25 iyul 1955 – 13 avqust 1993, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələri əsgəri, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Ələmdar Abdullayev | |
---|---|
Ələmdar Abdulla oğlu Abdullayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qərbi Azərbaycan |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Ağdam rayonu |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Xidmət illəri | 1990–1993 |
Rütbəsi | Əsgər |
Ələmdar Abdullayev 25 iyul 1955-ci ildə Qərbi Azərbaycanın Kilsə kəndində anadan olmuşdur.
Kilsə kənd orta məktəbini bitirdikdən sonra 1973-1975-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir.
Hərbidən qayıtdıqdan sonra yaşadığı kənddə təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. O, könüllü surətdə cəbhəyə getmiş, 709 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. Buzluq, Mənəş, Todan, Çaykənd döyüşlərində iştirak edib. Sonradan onu bir neçə nəfər döyüş yoldaşları ilə birlikdə Ağdam və Tərtər rayonlarının müdafiəsinə yollamışlar. Ələmdar Abdullayev 13 avqust 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə ağır yaralanaraq həlak olmuşdur.[mənbə göstərin]