Ələsgər Qayıbov (tam adı: Ələsgər Yusif oğlu Qayıbov; 15 mart 1966, Yormuğanlı, Saqareco rayonu, Kaxetiya, Gürcüstan SSR, SSRİ – 21 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Ələsgər Qayıbov | |
---|---|
Ələsgər Yusif oğlu Qayıbov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Vətəndaşlığı | SSRİ |
Atası | Yusif |
Anası | Xanım |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
Fəaliyyəti | Tələbə |
1966-cı il martın 15-də Gürcüstan SSR Qaraçöp mahalının Yormuğanlı kəndində anadan olmuşdur. Şəhid olduğu ərəfədə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi.[2]
Subay idi.
Həmin gecə xeyli yaralıya kömək etmişdir. «Gənclik» metrosunun yanından neçə dəfə 5 nömrəli xəstəxanaya gedib-qayıtmışdı. Lenin adına Mərkəzi Stadionun yaxınlığında digər yaralıya kömək etmək istəyərkən yaralanmış, güllə sol qolunu qıraraq qarnını yaralamışdır.[3] Üzərində 3 mürəkkəb cərrahiyyə əməliyyatı aparılsa da, aldığı xəsarətdən yanvarın 21-də səhər saat 7-də vəfat etmişdir.
Şəhidlər xiyabanında dəfn edilmişdir.