Kaxeti

Kaxeti diyarı (gürc. კახეთის მხარე) — Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biridir. Tarixi və müasir elmi Azərbaycan mənbələrində bəzən Qaxet adıyla tanınır.[1] İnzibati mərkəzi Telavi şəhəridir. Diyar AzərbaycanRusiya ilə həmsərhəddir. Kaxetinin cənubunda Keşiş dağ məbədi yerləşir.

Kaxeti
კახეთის მხარე

41°45′ şm. e. 45°43′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Telavi
Tarixi və coğrafiyası
Sahəsi
  • 11.309,5 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 309.600 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu GE-KA
Rəsmi sayt
Kaxeti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Kaxeti diyar səkkiz bələdiyyəyə bölünür (2014):

Siğnaği, bölgənin ən populyar turizm məkanlarından biri

VIII əsrdən başlayaraq Kaxeti müstəqil feodal knyazlıq olmuşdur. XI–XII əsrlərdə o, çar Qurucu Davidin səyləri nəticəsində birləşmiş Gürcüstan çarlığının tərkibidə girmişdir.

Qanıx düzü. Arxa planda Qafqaz sıra dağları görsənir

Gürcüstan çarlığının süqutundan sonra Kaxeti 1460-cı illərdə yenidən müstəqil olub yerli çar tabeliyində kiçik dövlət kimi mövcudluğunu davam eləmişdir. 1762-ci ildə Kaxeti çarlığı qonşu Kartli çarlığı ilə birləşmiş, Kaxetinin paytaxtı Telavi yeni birləşmiş Kartli-Kaxeti çarlığının paytaxtı olmuşdur. Səfəvilərin hücumu nəticəsində dövlət xeyli zəifləmişdir. Əhalisinin böyük hissəsi İranın ucqar bölgələrinə (Luristan, Mazandaran, Xorasan) sürgün edilmişdir. 1801-ci ildə Kartli-Kaxeti çar Rusiyasının tabeliyinə keçmişdir.

1918-ci ildə Kaxeti müstəqil Gürcüstan Demokratik Respublikasının tərkibinə girmişdir. Sovet vaxtında səkkiz rayona bölünmüş Kaxeti 1994-cü ildən bəri vahid inzibati bölgə kimi Gürcüstanın tərkibində olmaqdadır. İnzibati mərkəzi Telavi şəhəridir.

2014-ci il əhalinin qeydiyyata alınmasına əsasən Kaxetinin 318.583 sakinindən 85,16%-i (271.298 nəf.) gürcülər, 10,16%-i (32.354 nəf.) azərbaycanlılar, 1,75%-i (5.581 nəf.) kistlər (çeçenlər), 0,79%-i (2.526 nəf.) osetinlər, 0,69%-i (2.191 nəf.) ermənilər, 0,60%-i (1.921 nəf.) ruslar, 0,32%-i (1029 nəf.) Avarlar, 0,16%-i (504 nəf.) yezidi kürdlər, 0,06%-i (202 nəf.) ukraynalılar, 0,05%-i (158 nəf.) yunanlar təşkil edir.[3]

Kaxeti diyarının ən böyük etnik azlığı olan azərbaycanlılar əksəriyyəti Saqareco (33,16%), Laqodexi (23,04%) və Telavi (12,77%) bələdiyyələrində, kiçik icmalar həmçinin Dedoplistskaro və Axmeta bələdiyyələrində yaşayır.

Kaxeti çeçenlərin qeydi-adi subetnik qrupu olan kistlərin sıxca yaşadığı yeganə yerdir.

  1. Azərbaycan arxeologiyası Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine, s. 311
  2. "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 ივლისი 2016.
  3. "georgia-ethnic-2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-23.