Ələviyyə Babayeva

Babayeva Ələviyyə Hənifə qızı (12 avqust 1921, Bakı23 sentyabr 2014, Bakı) — nasir, tərcüməçi, ssenari müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Prezident təqaüdçüsü.

Ələviyyə Babayeva
Ələviyyə Hənifə qızı Babayeva
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi [1] (93 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili ADU-nun filologiya fakültəsi
İxtisası yazıçı
Fəaliyyəti nasir, tərcüməçi
Fəaliyyət illəri 1936-2014
Əsərlərinin dili azərbaycanca
Janrlar Hekayə, povest və roman
İlk əsəri "İki həyat" 1936
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A. Qaydarın "Uzaq ölkələr" (1950), V. Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K. Paustovskinin "Oğru pişik" (1951), V. Q. Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y. Sotnikin "Əcaib quş" (1964), V. Astafyevin "Ulduz xəzanı" (1970), Y. Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951–1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973–1976), sonra baş redaktor (1976–1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.

23 sentyabr 2014-cü ildə vəfat etmişdir.[2]

  1. Mənim müəlliməm. Bakı: Uşaqgəncnəşr, 1950, 28 səh.
  2. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1951, 16 səh.
  3. Tək ağac. Bakı: Uşaqgəncnəşr, 1957, 44 səh.
  4. Kənd yolları. Bakı: Uşaqgəncnəşr, 1958, 63 səh.
  5. Payızda. Bakı: Uşaqgəncnəşr, 1960, 68 səh.
  6. Mən tək deyiləm. Bakı: Uşaqgəncnəşr, 1961, 96 səh.
  7. Mən tək deyiləm. Bakı: Uşaqgəncnəşr, 1962, 191 səh.
  8. Kənd yollarında səyahət. Bakı: Uşaqgəncnəşr, 1962, 76 səh.
  9. Yenə bahardı. Bakı: Uşaqgəncnəşr, 1963, 79 səh.
  10. Kölgə. Bakı: Azərnəşr, 1964, 104 səh.
  11. Tut ağacı. Bakı: Gənclik, 1967, 95 səh.
  12. Süsənsünbül. Bakı: Gənclik, 1968, 98 səh.
  13. Hörüklər. Bakı: Gənclik, 1968, 126 səh.
  14. Povestlər. Bakı: Gənclik, 1969, 260 səh.
  15. Adamlar və talelər. I cild. Bakı: Gənclik, 1973, 273 səh.
  16. Adamlar və talelər. Bakı: Gənclik, 1970, 432 səh.
  17. Adamlar və talelər. Bakı: Gənclik, 1971, 400 səh.
  18. Böyürtkən mürəbbəsi. Bakı: Gənclik, 1971, 270 səh.
  19. Sehrli pillələr. Bakı: Gənclik, 1974, 166 səh.
  20. Hardasan dost, harda. Bakı: Gənclik, 1977, 408 səh.
  21. Səni axtarıram. Bakı: 1985, 368 səh.
  22. Küləyin tərkində. Bakı: 1983, 355 səh.
  23. Yanar su. Bakı: Gənclik, 1986, 351 səh.
  24. Anadil ağlayırdı. Bakı: Gənclik, 1987, 357 səh.
  25. Açar. Bakı: Yazıçı, 1991, 401 səh.
  26. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 384 səh.
  27. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 335 səh.
  28. Darıxıram, a dağlar (povestlər). Bakı: Gənclik, 287 səh.
  29. Əlvida (roman). Bakı: Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, 1994, 341 səh.
  30. Bəlkə sabah olmadı (roman). Bakı: Şur, 1996, 245 səh.
  31. Rəngbərəng yuxular (publisist povest). Bakı: 2000, 231 səh.
  32. Son döngə (roman). Bakı: Azərnəşr, 2000, 430 səh.
  33. Dəli Sona (roman). Bakı: Şirvan, 1998, 419 səh.
  34. Cırtdan şəhərdən qaçıb (povest və hekayələr). Bakı: Turan, 2001, 110 səh.
  1. Dınqıl, sazım, dınqıl (film, 1976)
  2. Sehrlənmiş küpə (film, 1979)
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
  • XX əsr Azərbaycan yazıçıları, Ensiklopedik məlumat kitabı. Bakı,2011
  1. Yazıçı Ələviyyə Babayeva vəfat edib. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine az.apa.az, 23.09.2014.  (az.)
  2. "Yazıçı Ələviyyə Babayeva vəfat edib". Apa.az (az.). 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  3. Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machineanl.az saytı
  4. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.