Əbu Məhəmməd ibn Məhəmməd ibn Abdullah Əl-Idrisi (1100 – 1165) — Coğrafiyaçı, səyyah
XII əsrin coğrafiya və xəritə ustadlarından Əbu Abdullah Məhəmməd b. Məhəmməd Şərif əl-İdrisi, 1100-cü ildə Əndəlusun Səbtə şəhərində doğulmuş, 1166-cı ildə Siciliyanın paytaxtı Palermoda vəfat etmişdir. İlk təhsilini Əndəlusun Qurtuba şəhərində alan, ancaq bunu kafi görməyib elmdə özünü daha da inkişaf etdirmək istəyən İdrisi, Anadolu, Şimal Afrika və İspaniyaya, buralardan da Fransa və İngiltərəyə qədər getmiş,elmi işləriylə Norman Kralı 2. Rogerin* diqqətini çəkmişdir. Təbiət elmlərə və fəlsəfəyə simpatiyasıyla tanınan 2. Roger, İdrisini Şimali Afrikadan Palermoya dəvət etmiş və onu bir dünya xəritəsi yaratmaqla vəzifələndirmişdir. Bu işlərdə, İdrisinin ehtiyac duyduğu gümüşü də, kral təmin etmişdir. İdrisi, Siciliyada 1138-ci ildən 1161-ci ilə (2. Rogerin ölümü sonrasına) qədər davam edən uzun iqamətində, üç əhəmiyyətli əsər hazırlamış; İslam və Avropa mədəniyyətlərinin qarşılaşdığı bir yer olan Palermoda, Müsəlmanlar ilə Normanlar arasındakı dialoqun ən canlı nümunələrindən biri olmağı bacarmışdır. Haqqında danışılan əsərlər bunlardır: 1- Nüzhetü’l-Müştaq fi İhtiraqı’l-Afaq: Piri Rəisdən (1470-1554) təxminən 350 il əvvəl yaşayan İdrisinin ən əhəmiyyətli əsəridir. İdrisinin on beş ilini verdiyi bu əsər, bir coğrafiya kitabı və xəritələr kataloqu olaraq da (Kitabı Rucar) tanınmışdır. Əsər, ilk olaraq 1592-ci ildə Romada basılmış; 1619-cu ildə Latıncaya çevrilmiş, beləliklə sonralar təkrar nəşr edilmişdir. Əsər, bu son nəşr əsas alınaraq, iki cild halında 1992də Frankfurtda yenidən basılmışdır. Ayrıca əsər 1951də İraq Elmlər İnstitutu tərəfindən böyüdülərək yenidən çəkilmişdir. Əsərin yazma nüsxələrinin ikisi Parisdə, ikisi İstanbulda, digərləri də Peterburq və Qahirədə var.
İdrisi, əsəri hazırlayarkən İbn Havqal, İbn Xurdazbih, Ceyhani və Bətləmus kimi alimlərin əsərlərindən faydalanmış; gəmi kapitanları ilə səyyahlardan məlumatlar yığmış, uzaq diyarlara qrup gəzintiləri təşkil etmiş, yığdığı məlumatları bir-birləriylə birləşdirərək nəticəyə getməyə çalışmışdır. Gümüş lövhə üzərinə edilmiş olan və 1154də tamamlanan bu yumru dünya xəritəsi, əsas etibarilə Məmun coğrafiyaçılarının yumru dünya xəritələrinə söykənməkdədir. Aralıq dənizinin olduqca təshih edilmiş olması; Avropa topoğrafyasının daha yaxşı çəkilmiş olması; Asiyanın bir çox hissəsi üçün yeni bir topoğrafya təqdim etməsi; Asiyanın şimal şərqinin əhəmiyyətli ölçüdə kiçildilmiş, yumrulaşdırılmış və bir semer şəklini almış olması; yalnız konfigurasiyayla məhdud qalmaması; hidro-coğrafik məlumatın genişlədilmiş və orografik (dağlarla əlaqədar) xüsusiyyətlərin fərqli bir təmsillə verilmiş olması; Məmun xəritəsində olmayan bir silsilə çay və iç dənizin əsərdə yer alması , xəritənin özündən əvvəlkilərdən fərqlilik ifadə edən bəzi xüsusiyyətləridir.
On ikinci əsr İslam dünyasında edilmiş olan bu iş, Avropadakı xəritəçilik işlərinə də təsir etmişdir. Əsər, bəzi təfərrüatları ehtiva etməsi səbəbindən dövründə çox əhəmiyyətli işlərindən biri olaraq qəbul edilmiş; təxminən dörd əsr boyunca, həm Şərq həm də Qərbdə istifadə edilmişdir. Dünyanın kürə şəklində olduğunu düşünən İdrisinin bu atlas-əsəri ilə kitabda olan 70 paftalık dünya xəritəsi, o günə qədər bilinən dünya coğrafiyasını təsvir edən ən geniş işdir. Çəkilən bu düz və dairevi dünya xəritələrindən Avropalı dünya kaşiflərinin faydalandığı təsbit edilmişdir. Bunun yanında Amerikanın kəşfi əsnasında bu xəritələri Colombun istifadə etdiyinə dair məlumatlar da mövcuddur. 2- Ünsü’l-Mühəc və Ravzü’l-Fərəc: Kitab yuxarıdakı ilk əsərin əlavəli bir xülasəsidir. Bu əsərdə Ekvatorun cənubunda qalan səkkizinci bir iqlimdən danışılmaqdadır. Bu əsərin Süleymanıya Kitabxanasında olan iki əlyazmasının tıpqı basımı 1984də Fuad Hissin tərəfindən edilmişdir.
3- əl-Cami’ li-Şıfatı Eştatin-nəbat və Durubi Envaci’l-Müfredat Mine’l-Eşcar Ve’s-Simar Vəl-xasa’is: İdrisi bu əsərdə botanika və zooloji, xüsusilə müalicədə istifadə edilən və bəzilərini ilk dəfə özünün zikr etdiyi bitkilər üzərində çalışmışdır. Bir bitkinin on iki, dərmanların isə altı dildə (Sürəni tərəfindən, Yunanca, Farsca, Hindcə, Latınca və Bərbəricə ) qarşılığını vermişdir. Beləcə, çox sayda yeni dərman bitkisi həkimlərin xidmətinə təqdim edilmişdir. İslam dünyasındakı tibb, əczaçılıq və botanikayla əlaqədar işləriylə tanınan Max Meyerhof, İdrisinin bu işini müxtəlif istiqamətləriylə araşdıraraq öz əsərlərində şərhlərini etmişdir. Qısaca söyləmək lazım olsa, İdrisinin coğrafiya sahəsinə ən əhəmiyyətli qatqısı, Müsəlman coğrafiya alimlərinin kəşf edib inkişaf etdirdikləri məlumatları, Qərbdəki elm mərkəzlərinə köçürmüş olmasıdır. Bütün bunlar, elmin yalnız müəyyən bir bölgənin malı olmadığı, bugünkü elmi səviyyənin insanlığın ortaq mirası olduğu həqiqətinə diqqətləri çəkməkdədir.
Əl-Idrisi coğrafiya sahəsində gördüyü işlərin nəticələrindən ərəblərlə yanaşı avropalılar da bəhrələnmişlər. Siciliya kralının dəvəti ona tədqiqat sahəsində daha geniş imkanlar açır. Tərtib etdiyi naviqasiya xəritələri həm Avropa, həm də ərəb dənizçiləri tərəfindən mənimsənilmişdir. Onun avropalılarla birlikdə Kiçik Asiyaya, Fransa və Ingiltərəyə səyahətləri haqqında təkzibolunmaz dəlilləri vardır. O, 70 vərəqə həcmində dünyanın dairəvi və dördbucaqlı xəritəsini tərtib etmişdir. Xəritə dərəcə toruna əsaslanmadığından ölçü işləri aparılmır. Idrisi Ptolomeydən daha irəli gedərək xəritəsində Skandinaviya, Baltik dənizi, Ladoqa, Oneqa göllərini, Dvina, Dnepr, Don, Volqa, Yenisey çaylarını, Baykal gölünü, Tibet, Altay dağlarını, Çin və Hindistanı əks etdirir. Lakin Hind okeanını Ptolomeyin təsiri altda qapalı hövzə kimi göstərir.